Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - �51

 

Biz riyaziyyatı sevirik

 

Dekabrın 21-də "Riyaziyyat aylığı" çərçivəsində Bakı şəhəri Sabunçu rayonu Eynulla Ağayev adına 198 nömrəli tam orta məktəbdə də tədbir keçirildi.

Məktəbdə keçirilən "Əyləncəli riyaziyyat gecəsi"ndə tanınmış riyaziyyatçılar Malik Aranlı, Yusif Qasımov, Sabir Rüstəmov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Elmira xanım, İdarənin Sabunçu rayonu üzrə metodbirləşmə mərkəzinin əməkdaşı Alı müəllim, qonşu məktəblərin direktorları və digər qonaqlar iştirak edirdilər.

Tədbir məktəblilərin ifasında himnlə başladı. Sonra 11 "a" sinif şagirdi Gülnar Mirzəyevanın ifasında "Xalq -Heydər" mahnısının sədaları altında ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş kinolentin nümayişi oldu.

"Əyləncəli riyaziyyat gecəsi"ni giriş sözü ilə məktəbin direktoru Şəlalə Nadirova açaraq 74 yaşlı məktəbin uğurlarından və qarşıda duran vəzifələrindən söz açdı.

Məktəbin həm ibtidai, həm də V-XI sinif şagirdləri öz bacarıq və biliklərini nümayiş etdirdilər. Dahi şəxsiyyətlərin riyaziyyat haqqında aforizmləri, yumoristik dialoqlar, şeirlər səsləndi, səhnəciklər göstərildi. Ayrı-ayrı siniflərin riyaziyyata həsr olunmuş divar qəzetlərinin nümayişi isə təqdirəlayiq bir hal kimi qarşılandı.

Tədbirdə əməkdar müəllim Malik Aranlı gecəni çox yüksək qiymətləndirdiyini bildirərək qeyd etdi ki, bu gün respublikamızda riyaziyyat elminə maraq çox artmışdır.

Ulu öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" müdrik kəlamını söyləyən 11 "a" sinif şagirdi Kamran İsayev "Azərbaycan" mahnısı ilə gecəni yekunlaşdırdı.

Tədbirin təşkil olunmasında məktəbin riyaziyyat müəllimləri Törə Rəhimova, Arzu Əhmədova, Leyla Əliyeva, Bülbül Nəcəfova, Könül Zeynalova, eləcə də ibtidai sinif müəllimi Xanımbacı Əhmədovanın əməyi böyükdür. Bu tədbir bir daha sübut etdi ki, bu təhsil ocağında istedadlı şagirdlər çoxdur. Şagirdlərin qarşısında bu gün geniş elm meydanı açılmışdır.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov