Hər dəfə "müəllim" kəlməsini işlədərkən yadımıza,
ilk növbədə, ən yaxşı, ən sevimli müəllimlərimiz
düşür. Bu gün belə müəllimlərdən biri də 1974-cü
ildən İmişli rayon Qaralar kənd orta məktəbində
rus dili müəllimi işləyən Yusif Mayılovdur.
Onun işlədiyi məktəbdə kiçikyaşlı şagirdlərdən
tutmuş direktora kimi Yusif müəllim haqqında
nəsə soruşmaq istəsən, ağızdolusu şirin sözlər,
hörmətli kəlmələr eşidərsən. Onu bu mərtəbəyə
halal zəhməti və ürəyinin odu gətirib.
"Mənim ən böyük mükafatım şagirdlərimin mənə
olan məhəbbətidir. Onların şəfqət və məhəbbət
dolu baxışları mənim üçün hər şeydir"- deyən
Yusif müəllim müəllimlik sənətini ürəkdən sevir
və böyük həvəslə çalışır.
Yusif müəllim ailə üzvləri ilə birlikdə yeni il
yanvarın 1-də 63 yaşını qeyd etməyə hazırlaşır.
Ad günündə ona ünvanlanan təbriklərə biz də
qoşularaq Yusif müəllimə həyatda ən şirin nemət
olan cansağlığı, şərəfli və məsuliyyətli işində
isə uğurlar diləyirik. |