Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

30 Dekabr 2011 - �51

 

Prezident İlham Əliyev Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış qəsəbəsindəki məktəblə tanış olub

 

Dekabrın 24-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış qəsəbəsinin açılışında iştirak etmişlər.

Sonra dövlət başçısı və xanımı 360 yerlik məktəb binasında yaradılan şəraitlə tanış oldular. Bildirildi ki, məktəbin həyətində abadlıq və yaşıllaşdırma işləri aparılmış, futbol meydançası inşa olunmuşdur. İdman zalında basketbol, güləş və voleybol kimi idman növlərinə aid avadanlıq quraşdırılmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva zalda idmançıların nümunəvi çıxışlarını izlədilər.

İdmançılar dövlət başçısı və xanımı ilə xatirə şəkli çəkdirdilər.

Kompüter otağı, laboratoriyalar ən müasir tədris avadanlığı ilə təchiz edilmişdir.

Prezident İlham Əliyev Laçından olan məşhur şəxsiyyətlər haqqında məlumatların əks olunduğu stendə də baxdı. Qeyd olundu ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanov Laçında doğulub boya-başa çatmışdır.

Məktəbdə sinif otaqları ilə yanaşı, fizika və biologiya kabinetləri yerləşir. Kitabxananın zəngin fondu vardır. Məktəbdə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin təhsilimizə olan diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılmışdır. Burada Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edən guşə də vardır.

Bildirildi ki, qəsəbənin ərazisində inşa olunan 50 çarpayılıq uşaq bağçası isə balacaların daha çox sevincinə səbəb olacaqdır. Geniş və işıqlı otaqlar, müxtəlif oyun zalları, məktəbəqədər hazırlıq guşəsi balacaların ixtiyarına veriləcəkdir. 

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Rəsmi" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov