Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 Yanvar - №1

 

Tokio Xarici Dillər Universitetində Azərbaycan dili dərnəyi fəaliyyətə başlayıb

 

Tokio Xarici Dillər Universitetində Yaponiyanın Vaseda Universitetinin magistri Emil Cəfərzadə və Tokio Xarici Dillər Universitetinin doktorantı, türk dili üzrə mütəxəssis Masahiro Okunun təşəbbüsü ilə Azərbaycan dili dərnəyi fəaliyyətə başlamışdır.

Dərnəyin ilk məşğələsini açan Emil Cəfərzadə bildirmişdir ki, dərnəyin təşkilində məqsəd, ilk növbədə, yapon gənclərini Azərbaycan, onun tarixi, mədəniyyəti, dili, milli adət-ənənələri haqqında məlumatlandırmaqdan ibarətdir. Dərnək üzvlərinə türk dilləri qrupuna daxil olan Azərbaycan dili haqqında geniş məlumat veriləcəkdir.

İlk məşğələdə əsasən yapon tələbələrdən ibarət iştirakçılara Azərbaycanın dövlətçilik tarixi, ənənələri, hazırda qüvvədə olan dövlət atributları barədə ətraflı məlumat verilmiş, bayrağımızda olan rənglər, ay və ulduz haqqında danışılmışdır.

Dərnəyin ilk məşğələsini böyük maraqla qarşılayan yapon tələbələrin Azərbaycan dili, Azərbaycanın görməli yerləri, tarixi və mədəniyyəti ilə əlaqədar çoxsaylı sualları ətraflı cavablandırılmışdır.  İştirakçılara  Azərbaycan əlifbası haqqında məlumat verilmiş və özünü təqdimetmə qaydaları izah olunmuşdur.

E.Cəfərzadə AzərTAc-ın Yaponiyadakı xüsusi müxbirinə bildirmişdir ki, həftədə bir dəfə fəaliyyət göstərəcək Azərbaycan dərnəyində yapon dilini öyrənən azərbaycanlı tələbələrlə Azərbaycan dilini öyrənən yapon tələbələr arasında dil və mədəniyyət mübadiləsinin daha sürətli təşkilinə xüsusi diqqət yetiriləcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov