Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 Yanvar - №1

 

Ətraf mühitin qorunmasına həsr olunmuş dinc "aksiya"

 

Qax RTŞ-nin Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodisti Aybəniz Məmmədovanın verdiyi məlumatda bildirilir ki, uzun illərdir  şəhər 5 nömrəli tam orta məktəbdə "Yaşıllar cəmiyyəti" fəaliyyət göstərir. Bu cəmiyyət üzvlərinin iştirakı ilə məktəbdə  "Ekologiya-uşaqların gözü ilə", "Həsən Əliyev və Azərbaycan təbiəti", "Enerjiyə qənaət" mövzularında "dəyirmi masa"lar, ekskursiyalar və s. tədbirlər keçirilir. Eyni zamanda həmin şagirdlərin əməyi sayəsində məktəb binasının ətrafında yüzlərlə ağac və gül kolları əkilərək  abadlaşdırılıb.

Bu günlərdə isə cəmiyyət üzvləri  şəhərin küçələrində dinc "aksiya" keçiriblər. Onlar əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə tər çiçəklər düzüblər. Bu dünya şöhrətli şəxsiyyətin təbiət haqqında dediyi: "Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə,ölkəsinə xəyanət edir, o, öz ailəsinə, öz-özünə xəyanət edir" kimi müdrik fikri yürüş iştirakçılarının diqqətinə çatdırılıb. Sonra şagirdlər əllərində "Təmiz hava, təmiz su", "Zibili yerə atma", "Enerjiyə qənaət", "Aydın səma" sözləri yazılmış plakatlarla küçələrdən keçərək əhalini ətraf mühitin qorunmasına çağırıblar.

İnanırıq ki, "Yaşıllar cəmiyyəti" üzvlərinin keçirdiyi bu dinc "aksiya" ekoloji biliklərin möhkəmləndirilməsində mühüm rol oynayacaq.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov