Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Yanvar 2012 - №02

 

Fənn olimpiadalarının II rayon (şəhər) mərhələsi keçirilib

 

Təhsil Nazirliyinin müvafiq təlimati məktubuna uyğun olaraq yanvarın 8-də respublikanın bütün şəhər və rayonlarında fənn olimpiadalarının  rayon (şəhər) turunun ikinci mərhələsi keçirilib.  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, olimpiadaların II şəhər mərhələsində paytaxtın təhsil ocaqlarında oxuyan 1044 şagird iştirak edib. Onlar 7 fənn üzrə biliklərini sınayıblar. Əvvəlki mərhələnin 8500-ə yaxın iştirakçısı arasından seçilən şagirdlər Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 42 nömrəli, kimya və biologiya fənləri üzrə 258 nömrəli, fizika, riyaziyyat və informatika fənləri üzrə isə 158 nömrəli tam orta məktəblərində yaradılan mərkəzlərdə olimpiadaya cəlb ediliblər.

IX-XI sinif şagirdləri 3 saat ərzində Təhsil Nazirliyinin təqdim etdiyi sualları cavablandırıblar. Cavablar fənn müəllimlərindən təşkil edilən komissiya tərəfindən gün ərzində yoxlanılaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim edilib. Nəticələr ümumiləşdirildikdən və qaliblərin siyahısı bəlli olduqdan sonra yanvarın 25-dək Təhsil Nazirliyinə müvafiq məlumat göndəriləcək.

Fənn olimpiadalarının şəhər mərhələsində I yeri tutanlar bu ilin martında keçiriləcək respublika mərhələsində iştirak hüququ qazanacaqlar.

Məlumat üçün bildirək ki, olimpiadanın respublika mərhələsində birinci yerə  layiq görülən XI sinif şagirdləri mərkəzləşdirilmiş buraxılış imtahanlarından azad olunurlar. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov