Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Yanvar 2012 - №02

 

Tanınmış vokalistdən ustad dərsi

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Samir Cəfərov Naxçıvan Dövlət Universitetində incəsənət fakültəsinin tələbələri üçün növbəti ustad dərsi keçmişdir.

Dərsdən öncə universitetin rektoru, akademik İsa Həbibbəyli tanınmış sənətkarı salamlayaraq Azərbaycan vokal sənətinin, milli operanın müasir inkişaf səviyyəsindən danışmışdır. 2002-ci ildə Prezident Heydər Əliyevin xeyir-duası ilə Moskva şəhərində Qalina Vişnevskaya adına Opera Mərkəzində təhsil alan, eyni zamanda İtaliya musiqi məktəbindən də bəhrələnən, bir çox beynəlxalq müsabiqələrdə Azərbaycanı layiqincə təmsil edən Samir Cəfərovun yaradıcılığını yüksək qiymətləndirən rektor onun bugünkü Azərbaycan vokal sənətində zirvədə dayandığını vurğulamışdır. Qeyd olunmuşdur ki, Samir Cəfərov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Traviata" operasında Alfred rolunu, "Riqoletto" operasında Duka rolunu, Ü.Hacıbəylinin "Koroğlu" operasında Koroğlu rolunu müvəffəqiyyətlə yaratmış, vokal sənətini uğurla tədris etməkdədir.

  İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Mübariz Əsgərov çıxışında Samir Cəfərovun onun sənət taleyindəki rolundan, belə ustad dərslərinin keçirilməsinin əhəmiyyətindən danışmışdır.

Samir Cəfərov çıxış edərək istedadların üzə çıxarılmasında, onlara peşəkarlığın sirlərinin öyrədilməsində, xalqa tanıdılmasında var qüvvəsini əsirgəməyəcəyini bildirmişdir.

Sonra tələbələrin ifasında rəngarəng mahnılar səslənmiş, tanınmış vokalist onlara ifaçılıqla bağlı əhəmiyyətli tövsiyələr vermişdir. Gələcək ifaçılar səs diapazonuna uyğun repertuar seçimi, düzgün tələffüz və vurğu, boğazların və xırdalıqların yerli-yerində edilməsi, səhnə mədəniyyəti ilə bağlı zəruri tövsiyələr almışlar.

Məşhur müğənninin ifa etdiyi Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun ariyası, Tofiq Quliyevin sevilən bəstələrindən olan "Qızıl üzük" mahnısı böyük sevgi ilə qarşılanmışdır.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov