Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Yanvar 2012 - №02

 

Naxçıvan Müəllimlər İnstitutunda  yubiley tədbiri

 

Naxçıvan Müəllimlər İnstitutunda  iqtisad elmləri doktoru, professor  Nazim Əhmədovun anadan olmasının  65 illik yubileyi münasibətilə  yığıncaq keçirilmişdir. Yığıncağı  ali təhsil ocağının rektoru, professor Oruc Həsənli açaraq alimin həyat yolu, elmi-pedaqoji fəaliyyəti barədə danışmışdır. Qeyd olunmuşdur ki, Nazim Əhmədov iqtisad elminin inkişafında mühüm xidmətlər göstərir. O, "Heydər Əliyevin iqtisadi inkişaf modeli və Naxçıvan", "Naxçıvan iqtisadiyyatı inkişaf yollarında", "Naxçıvan iqtisadiyyatının prioritetləri; iqtisadi artım, dinamik inkişaf" adlı monoqrafiyalarının, eləcə də "İstehlak bazarının tənzimlənməsi problemləri" adlı dərs vəsaitinin və 200-dən artıq məqalənin müəllifidir. Professor Nazim Əhmədovun əməyi yüksək qiymətləndirilərək 2007-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Tədbirdə institutun elmi işlər üzrə prorektoru Yaqub Məmmədov, pedaqoji fakültənin dekanı Azad Novruzov, tərbiyə işləri üzrə prorektoru Sədaqət Həsənova, pedaqogika və psixologiya kafedrasının müdiri Qızıltac Şahbazova və başqaları çıxış edərək yubilyarı təbrik etmişlər.

Sonda yubilyar çıxış edərək  tədbirin təşkilatçılarına və iştirakçılarına diqqətə, əməyinə verilən qiymətə görə minnətdarlığını bildirmişdir. 

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov