Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Yanvar 2012 - №03

 

"Uşaqlar və müharibə" mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından iyirmi il keçir.  Öz miqyasına görə dünya və Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan  Xocalı soyqırımı haqqında gənc nəslə geniş məlumat vermək,  torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid olmuş insanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə vətənə sədaqət və məhəbbət hissini gücləndirmək məqsədilə   

ƏMR  EDİRƏM: 

1. Ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında "Uşaqlar və müharibə" mövzusunda respublika rəsm müsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).

3. Naxçıvan MR təhsil naziri, şəhər, rayon təhsil şöbələrinin, idarələrinin müdirləri müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.

4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsin.

5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) təsdiq olunmuş əsasnaməyə uyğun olaraq müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar vəsaitin ayrılması ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etsin.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və əsasnamə ilə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

7. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri

19 yanvar 2012-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov