Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Yanvar 2012 - №03

 

20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisi açılıb

 

Yanvarın 19-da T.İsmayılov adına Uşaq - Gənclər Yaradıcılıq  Sarayının  "Uşaq dünyası" rəsm qalereyasında  20 Yanvar faciəsinin  22-ci ildönümünə  həsr olunmuş rəsm sərgisinin açılış mərasimi keçirildi. Təhsil Nazirliyi və  Bakı  Şəhəri üzrə Təhsil  İdarəsinin birgə təşkilatçılığı ilə açılmış sərgidə  Bakının ümumtəhsil  məktəbləri və məktəbdənkənar təhsil müəssisələri şagirdlərinin o müdhiş gecəyə həsr etdikləri  rəsm əsərləri nümayiş olunur.

Sərginin açılış mərasimində iştirak edən təhsil naziri Misir Mərdanov 20 Yanvarın tariximizə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə günü, eyni zamanda xalqımızın qəhrəmanlıq salnaməsi günü kimi daxil olduğunu xüsusi vurğuladı. Nazir bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdışından sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini almış, hadisənin əsl mahiyyəti dünyaya çatdırılmışdır.

Nazir çıxışında həmçinin iştirakçılara və məktəblilərə təklif və tövsiyələrini  bildirdi. Sonra  məktəblilərin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi.

Sərgidə  yeniyetmə rəssamların 20 Yanvar qanlı faciəsini  rəsmlərin dili ilə əks etdirən  180-dən artıq  əsəri nümayiş olunur. Sərgi bir həftə davam edəcək. 

S.SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov