Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Yanvar 2012 - №03

 

BDU-da 20 Yanvar şəhidləri anıldı

 

Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına gül dəstələri qoyaraq, onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 22 il keçdiyini qeyd edərək bildirib ki, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır. Azərbaycan xalqının intellektual potensialının toplaşdığı Bakı Dövlət Universiteti də 20 Yanvarda şəhidlər vermişdir. Biz buna görə fəxr edirik. Hər il şəhidlərimizin əziz xatirəsini yad etmək üçün universitetimizin önündə ucaldılmış möhtəşəm abidə qarşısına toplaşırıq. Bu abidəni tələbələrimiz tez-tez ziyarət edir və onlar da şəhidlərimizlə fəxr edirlər. Gələcək nəsillər bu qəhrəmanları unutmayacaqlar.

Rektor 20 Yanvar faciəsinə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.

Daha sonra tədbirdə tarix fakültəsinin kafedra müdiri, professor Azad Rzayev qanlı hadisələrlə bağlı məruzə edib. Şəhid atası, BDU-nun professoru İzzət Rüstəmov çıxış edərək bildirib ki, Moskva 20 Yanvar qırğını ilə Azərbaycan xalqının iradəsini qırmaq, azadsevərliyinə görə ona cəza vermək niyyətində olsa da, bunu bacara bilmədi. İzzət Rüstəmov bütün təqiblərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin 20 Yanvar qırğınından sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək mətbuat konfransı keçirməsindən, sovet imperiyasının rəhbərliyini bu addımına görə ittiham etməsindən də danışıb.

Gənclər adından şərqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Könül Həsənova çıxış edib. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov