Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Yanvar 2012 - №03

 

Tariximizin qəhrəmanlıq səhifəsi

 

Naxçıvan Müəllimlər İnstitutunda 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri institutun rektoru, professor Oruc Həsənli açaraq bu faciənin tarixindən danışmışdır. Qeyd olunmuşdur ki,  20 Yanvar xalqımızın hüzn və kədər günü olmaqla yanaşı, həm də qürur və şərəf günüdür.  O gün Azərbaycan xalqı özünün kimliyini, nəyə qadir olduğunu bir daha bütün dünyaya bəyan etdi. 20 Yanvarda azadlığımızın və müstəqilliyimizin bünövrəsi qoyulmaqla həmin gün qəhrəmanlıq, mübarizlik tariximizə qızıl hərflərlə yazıldı. Xalqımız mübarizə yolundan çəkilmədi. O ağır gündə ölkə rəhbəri xalqı taleyin ümidinə qoyub qaçdı. Belə ağır bir vaxtda  Moskvada ulu öndər Heydər Əliyev böyük qətiyyət nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedib baş vermiş faciənin siyasi motivlərini açıqladı, hadisələri törədənləri qatil adlandıraraq onların tarix qarşısında gec-tez cavab verməli  olacaqlarını bildirdi. Təsadüfi deyil ki, bu faciəyə ilk hüquqi-siyasi qiymət də ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri işlədiyi zaman verildi.

Ümummilli lider 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmuş, onların adlarının əbədiləşməsi məqsədilə bir sıra sərəncamlar  imzalamışdır.  20 Yanvar faciəsi və onun dəhşətli nəticələri  xalqımızın qan yaddaşında tarix boyu yaşayacaqdır. Bu faciə tariximizin qəhrəmanlıq səhifəsi, Azərbaycanın milli azadlıq hərəkatının yüksəliş günüdür. Təpədən-dırnağa qədər silahlanmış imperiya ordusu millətimizin haqq səsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə, yumruq kimi birləşən xalqımız öz etirazını, nifrətini daha ucadan bəyan etdi. 

Sonra ali təhsil ocağının müəllimlərindən Ələkbər Cabbarlının və Rövşən Vəliyevin mövzu ilə bağlı çıxışları dinlənilmiş, tələbələr 20 Yanvar faciəsinə həsr olunmuş şeirləri səsləndirmişlər. 

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov