Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Yanbar 2012 - №04

 

BSU Məktəb-Lisey Kompleksinin şagirdləri beynəlxalq olimpiadada fərqləndilər

 

Yanvarın 22-dən 25-dək Kiyev Slavistik Universitetində məktəblilər arasında təşkil olunmuş V Beynəlxalq olimpiadaya BSU Məktəb-Lisey Kompleksinin şagirdləri də dəvət olunmuşdular. Builki beynəlxalq olimpiadaya Azərbaycan məktəbliləri ilə yanaşı, Polşa, Rusiya, Ukrayna, Belarus və Çexiya ümumtəhsil məktəblərinin şagirdləri də qatılmışdılar. Ümumdünya tarixi, rus dili və ədəbiyyatı, jurnalistika üzrə keçirilən bilik yarışında iştirak edən BSU Məktəb-Lisey Kompleksinin 5 şagirdindən 1 nəfəri ümumdünya tarixi üzrə I yerə (XI sinif şagirdi Fürqan Abdullazadə ), digər 4 nəfəri isə (XI sinif şagirdi Azad Səlimov, X sinif şagirdləri Natella Sadıqova, Eldar Şeyxov, Rəhilə Abdullazadə) ayrı-ayrı fənlər üzrə II dərəcəli diplomlara layiq görülüblər.

Təlim rus dilində olan Azərbaycan məktəbində oxuyan şagirdlərin rus dilində nitqi və məntiqi cavabları xüsusilə rusiyalı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Beynəlxalq olimpiadada iştirak edən şagirdləri rus dili müəllimi ilə yanaşı, valideyn komitəsinin iki nəfər üzvü də müşayiət etmişdir.  

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov