Ağsu rayonunda üç məktəbin yeni binasının tikintisi
davam etdirilir. Azərbaycan Respublikası Təhsil
Nazirliyinin sifarişi əsasında tikilən Ləngəbiz kənd tam
orta məktəbi üçün 180 şagird yerlik, Ağsu Rayon İcra
Hakimiyyətinin sifarişi əsasında Qəşəd kənd tam orta
məktəbi üçün 180 şagird yerlik, Nəmirli kənd ümumi orta
məktəbi üçün 86 şagird yerlik məktəblərin yeni dərs
ilində istifadəyə verilməsi nəzərdə tutulur.
Şakir CƏFƏROV |