Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Yanbar 2012 - №04

 

Təlim kursundan razı qaldıq

 

Ötən ildən başlayaraq ölkəmizin hər yerində təşkil olunan İKT üzrə təlim kursları peşəkar müəllimlərin hazırlanmasında mühüm rol oynayır. Bu günlər belə kurslar rayonumuzda da həyata keçirilir. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin və "Mədəd" təşkilatının təşkilatçılığı ilə həyata keçirilən təlim kursları iştirakçı müəllimlərin böyük razılığı ilə qarşılanır.

Təlimçilər Şahin Nağıyev və Aynur Abbaszadə az müddət ərzində rayon müəllimlərinin rəğbətini qazanmışlar. Müəllimləri bu kursa cəlb edən əsas amillərdən biri də təlimçilərin tələbkarlığı, öz peşələrinin mahir biliciləri olması, mövzu və materialları asan və anlaşıqlı şəkildə izah etmələridir.

2012-ci il yanvarın 3-dən 8-dək keçirilən həmin təlim kursunda iştirak etməyim digər həmkarlarım kimi mənim də  həyatımda yaddaqalan hadisə oldu.

Təlim kurslarının bir mühüm əhəmiyyəti də ondan ibarətdir ki, biz müəllimləri köhnə ənənəvi təhsilin təkrarlanan, yorucu mərhələlərindən qoparıb, qarşımızda daha geniş imkan və şərait açan, yenilikləri tətbiq etməyə, İKT-dən istifadə etməklə daha maraqlı, daha canlı fəaliyyətə sövq edir.

Təlim zamanı İKT-dən istifadə olunması, müxtəlif kompüter proqramlarından bəhrələnməklə təqdimatların hazırlanması, araşdırmaların aparılması, qrup şəraitində əməkdaşlığın təşkili və s. bizim üçün xüsusilə faydalı oldu.

Artıq bu təlim kurslarını başa vuran hər bir müəllim öz dərslərini daha maraqlı, daha canlı qurmaq, interaktiv təlim metodlarından istifadə etməklə öyrədən və öyrənən üçün yeni pedaqoji  yanaşmaların nə dərəcədə əhəmiyyətli olduğunu bir daha başa düşdülər.

Bu kiçik qeydlərimin sonunda rayonumuzun bütün təhsil işçiləri adından həmin təlim kursunun təşkilatçıları və icraçılarına, xüsusən də təlimçilərə öz dərin təşəkkürümü bildirir və təlimlərin davamlı olaraq həyata keçirilməsini arzu edirəm. 

Rəna ASLANOVA,
Daşkəsən rayonu Nəsimi adına şəhər
1 nömrəli tam orta məktəbin müəllimi,
əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov