Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Yanbar 2012 - №04

 

"Könülləri sevindirək ki, könlümüz sevinsin"

 

Şəhla Nağıyeva  Bakıdakı Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 2 nömrəli internat-məktəbin 6-cı sinfində təhsil alır. O, dərslərini  yaxşı oxumaqla yanaşı, Mərdəkan Mədəniyyət Sarayında fəaliyyət göstərən  rəsm və keramika dərnəyinin üzvüdür.  Mədəniyyət  Sarayında keçirilən  sərgilərdə Şəhlanın da rəsmləri tez-tez nümayiş olunur və tamaşaçıların rəğbətini qazanır. Onun istedad  və bacarığını nümayiş etdirən  rəsmlərində və  əl işlərində bir yeniyetmənin daxili aləminin zənginliyi ifadə olunur. Şəhlanın xəmirdən düzəldilmiş Novruz xonçası, səbət, meyvə qabı, güldan, müxtəlif toxumalar  və s. əşyalar adamı heyran edir.  Balaca rəssamın  20 Yanvar faciəsinə, qanlı hadisələrə  həsr etdiyi "Şəhidlər ölmürlər, əbədi yaşayırlar" rəsminə isə həyəcansız  baxmaq mümkün deyil. Öyrəndik ki, Şəhla Nağıyeva son iki ildə  7 müxtəlif diplom və fəxri fərmanlara layiq görülüb. AEGEE Bakı İB tərəfindən  zəif  eşidən və sonradan karlaşmış  uşaqlar üçün internat-məktəbdə  27 və 28 noyabr 2010-cu il tarixlərində keçirilən "Könülləri sevindirək ki, könlümüz sevinsin" rəsm müsabiqəsində nümayiş olunan əsərlərinə görə  yeniyetmə rəssam   sertifikat da alıb.  On iki yaşlı  yeniyetmə rəssam bu gün 100-ə yaxın  müxtəlif mövzuda rəsm  əsərlərinin müəllifidir. Gələcəyinə böyük ümidlər  bəslənilən Şəhlaya  yaradıcılıq uğurları arzulayır, incəsənətin  bu sahəsində  özünü təsdiq edəcəyinə  biz də əminlik ifadə edirik.  

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov