Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

3 Fevral 2012 - №5

 

Azərbaycanda gedən dinamik inkişaf prosesində gənclərin rolu müzakirə edilib

 

Fevralın 1-də Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanda gedən dinamik inkişaf prosesində gənclərin rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi dövlət gənclər siyasətinin uğurlarının və gənclərin cəmiyyətin ictimai-siyasi və mədəni həyatında iştirakı məsələlərinin müzakirəsindən ibarət olmuşdur.

Tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Zöhrə Əsgərova və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun əməkdaşı, fəlsəfə elmləri namizədi Rəna Mirzəzadə çıxış edərək ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında Azərbaycan Gəncləri Gününün təsis edilməsi ilə bağlı ətraflı məlumat vermişlər.

"Dəyirmi masa"da bu gün gənclərimizin hərtərəfli inkişafına dövlətimiz tərəfindən göstərilən qayğı faktlarla diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, gənc nəslin müasir tələblərə uyğun inkişafı, onun intellektual potensialının daim zənginləşdirilməsi, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsi Azərbaycan dövlətinin diqqət yetirdiyi prioritet sahələr sırasında yer alır. Gənclərlə bağlı dəqiq və hərtərəfli düşünülmüş siyasət bu nəslin özünüifadəsi üçün imkanlar yaradır, milli inkişafda onun aparıcı rolunu şərtləndirir.
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov