Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

3 Fevral 2012 - №5

 

"SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası Gənclər Gününü maraqlı tədbirlə qeyd edib

 

Yanvarın 30-da Gəncliyə Yardım Fondunda "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə assosiasiyanın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.

Tədbirdə çıxış edənlər təşkilatın həyata keçirdiyi layihələr barədə məlumat vermiş, gələcəkdə görüləcək işlərdən danışmışlar.

Bildirilmişdir ki, hər bir millətin yaşaması və inkişafı üçün gənclərin sağlam, savadlı və vətənpərvər böyüməsi ən ümdə məsələdir. 1996-cı il fevralın 2-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə müstəqil Azərbaycan dövlətinin gənclər forumu keçirilmiş və elə həmin gün ölkəmizin tarixinə Gənclər Günü kimi yazılmışdır.

Sonra "Breyn-rinq" intellektual yarışması keçirilmişdir. Əsrimizin bəlası olan HİV, vərəm, narkotik maddələrdən istifadə, tütün asılılığının insanlara vurduğu ziyanlar və bunun qarşısını almaq üçün atılan addımlar mövzusunda keçirilən yarışda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılmışlar.

"SOS Uşaq Kəndləri"nin 1-ci və 2-ci gənclər evinin sakinləri, həmçinin alternativ qayğını tərk etmiş və tərk etməkdə olan gəncləri özündə birləşdirən Gənclərin Güvənc Körpüsü Şəbəkəsinin üzvləri də bədii proqramla çıxış etmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov