Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

3 Fevral 2012 - №5

 

Ümumtəhsil məktəblərində sağlam həyat tərzinin formalaşdırılması üzrə respublika konfransı

 

Yanvarın 31-də "Ambasador" otelində Azərbaycan Respublikası Təhsil Nazirliyi və QİÇS, Vərəm və Malyariya üzrə Qlobal Fondun birgə təşkilatçılığı ilə ölkənin ümumtəhsil məktəblərində İİV/QİÇS-in profilaktikası və sağlam həyat tərzinin formalaşdırılması üzrə respublika konfransı keçirilib.  Təbbirdə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov, Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, Azərbaycanda Qlobal Fondun, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, şəhər və rayon təhsil şöbələri, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Nəsimi Rayon İcra hakimiyyəti, YUNİSEF, BMT, QHT nümayəndələri, orta məktəb müəllimləri,  media təmsilçiləri iştirak edirdi.

Tədbiri açaraq qonaqları təqdim edən Təhsil Nazirliyinin şöbə müdiri, "Azərbaycanda İİV/QİÇS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi" layihəsinin milli əlaqələndiricisi Fərzəli Qədirov qeyd etdi ki, Qlobal Fondla birgə həyata keçirilən layihə təhsil sahəsində reallaşdırılan  ən unikal layihələrdən biridir. Bu layihə ümumi təhsilin bütün pillələrini əhatə edir. I sinifdən XI sinfə qədər tətbiq olunur. Layihənin ikinci mühüm fərqli cəhəti barədə danışan natiq bildirdi ki, layihənin hər bir sinif üzrə öz proqramı,  hər təhsil pilləsi üzrə vəsaiti, dərslikləri vardır ki, bu da çox əlamətdardır. Daha bir əhəmiyyətli cəhət isə layihənin inteqrativliyidir.  Onun sözlərinə görə, sənəddə  məzmun insan üçün lazım olan bütün həyati bacarıqları özündə əks etdirir.  Bu isə o deməkdir ki, prosesdə  iştirak edən hər bir şagird sonda həyati bacarıqlara malik olmaq imkanı əldə edir ki, təhsilin də əsas məqsədi budur. 

Layihənin tarixi barədə məlumat verən Fərzəli Qədirov diqqətə çatdırdı ki, Azərbaycan 2005-ci ildən fəal şəkildə bu layihəyə qoşulub. Bu günə qədər həyati bacarıqlara əsaslanan təlim kursunu tədris edən 10 mindən artıq müəllimin hazırlandığını deyən natiq  bunun layihənin ən qabarıq nailiyyətlərindən biri olduğunu bildirdi. Layihənin əhəmiyyətindən danışan F.Qədirov qeyd etdi ki, bizim şagirdlərimiz  zəruri vərdişlərə yiyələnməklə  yanaşı, eyni zamanda bir çox zərərli vərdişlərdən, bir çox lazım olmayan davranış nümunələrindən, qaydalarından təcrid olunurlar. Onlar əsl şəxsiyyət kimi formalaşır, digər uşaqlar üçün nümunə göstərirlər.

Daha sonra çıxış edən "Azərbaycanda İİV/QİÇS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi" layihəsinin əlaqələndirmə qrupunun rəhbəri Aysel Hacızadə bəhs olunan layihənin həyata keçirilməsi tarixindən danışdı.

Azərbaycanda Qlobal Fondun İİV-lə mübarizə proqramının nümayəndəsi Soltan Məmmədov çıxışında Təhsil və Səhiyyə nazirliklərinin birgə əməkdaşlığının nəticəsi olaraq həyati bacarıqlara əsaslanan təlim kursunun Qlobal Fondun hazırladığı hesabatda xüsusi yer tutduğunu bildirdi. Kursun uğurlu tətbiqi Qlobal Fondun regionumuzda ən uğurlu layihələrinin siyahısına daxil edilib. Təlim kursunun I-IV siniflərdə dərslik, yuxarı siniflərdə fakültativ fənn kimi tətbiq olunduğunu deyən natiq bu prosesin davamlı olduğunu və bu işdə Təhsil Nazirliyinin böyük rolu olduğunu əlavə etdi.

Daha sonra çıxış edən YUNİSEF-in nümayəndəsi Natiq Umarov təmsil etdiyi qurumun texniki dəstəyi ilə həyata keçirilən həyati bacarıqlara əsaslanan təlim kursunun reallaşdırılmasının uğurlu nəticələrindən söz açaraq zəruriliyindən bəhs etdi.

Tədbiri son 6 il ərzində görülmüş işlərin bir növ hesabatı kimi qiymətləndirən QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndəsi Dilşad Mahmudova Təhsil Nazirliyi və Qlobal Fondun birgə həyata keçirdiyi  layihənin əhəmiyyətindən danışaraq son 30 il ərzində bütün dünyanın diqqətində olan QİÇS-lə mübarizə məsələsinin aktual olduğunu vurğuladı.

Sonra konfrans öz işini bölmələr üzrə davam etdirdi. Bölmələrdə həyati bacarıqlara əsaslanan  təlim kursunun həyata keçirilməsi və bu prosesdə üzə çıxan çətinliklər müzakirə olundu. 

Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov