Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

3 Fevral 2012 - №5

 

"Dayaq məntəqələri"nə həsr olunmuş seminar-müşavirə

 

Bu günlərdə Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialında "Dayaq məntəqələri"nə həsr olunmuş seminar-müşavirə keçirilib. Seminar-müşavirəyə Salyan rayonu üzrə ümumtəhsil müəssisələrində yaradılmış dayaq məntəqə sədrləri, rayon təhsil şöbəsinin metodistləri dəvət olunub.

Tədbiri filialın əlavə təhsil üzrə direktor müavini N.Zeynalov açaraq qeyd edib ki, pedaqoji kadrların ixtisasartırma təhsili və müəllimlərin təkmilləşdirilməsi hazırda ən aktual məsələdir. Müəllimlər təhsildə, pedaqoji və metodiki sahələrdə ən qabaqcıl yenilikləri məhz ixtisasartırma təhsili və dayaq məntəqələri vasitəsilə öyrənir və tədris prosesində tətbiq edirlər.

Filialın "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş" kabinetinin müdiri S.Həsənovun "Dayaq məntəqələrinin fəaliyyətinin səmərəli qurulmasında pedaqoji və metodiki işin təşkili", əlavə təhsil kabinetinin müdiri B.Həsənovun "Əlavə təhsilə verilən tələblər" mövzularında məruzələri dinlənilib.

Sonra rayon təhsil şöbəsinin metodisti Tinatin Həsənova, texniki təmayüllü şəhər 7 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi, dayaq məntəqə sədri Allahverdi Piriyev, Qızılağac kənd tam orta məktəbində dayaq məntəqə sədri Xəlil Nəcəfov, internat-məktəbdə dayaq məntəqə sədri Ülviyyə Ağayeva, şəhər 4 nömrəli tam orta məktəbin dayaq məntəqə sədri Sevinc Axundova mövzular ətrafında çıxış ediblər.

Seminar-müşavirədə səslənən suallar və təkliflər diskussiya və debat şəklində müzakirə edilib.

Sonda tədbir iştirakçılarına metodik vəsaitlər paylanılıb. 

ƏDALƏT

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov