Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

10 Fevral 2012 - №6

 

"Rəhbər dövlət qulluqçuları üçün əsas İKT bilikləri Akademiyası" mövzusunda seminar keçirilib

 

Fevralın 6-8-də  Qafqaz Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Koreya Respublikasında yerləşən Asiya və Sakit Okean Hövzəsi üzrə İKT Təlim Mərkəzi (APCICT) və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə "Rəhbər dövlət qulluqçuları üçün əsas İKT bilikləri Akademiyası" mövzusunda seminar keçirilib.

Seminarda məqsəd elektron hökumət və İKT-nin dövlət qulluğu sistemində tətbiqinin təkmilləşdirilməsi sahəsində rəhbər vəzifə tutan dövlət qulluqçularının bilik və bacarıqlarının artırılmasından, onların təlimçi kimi təmsil etdikləri dövlət orqanlarında bu sahədə təlim keçmələrinə hazırlanmalarından ibarət idi.

Seminarın fevralın 6-da keçirilən tanışlıq sessiyasını Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç açaraq iştirakçıları salamladı, bu mötəbər məclisin universitetlərində keçirilməsindən qürur duyduqlarını söylədi və seminarın işinə uğurlar arzuladı. Tədbirin məqsədi, gündəliyi və iş qaydası haqqında məlumat verən rektor bildirdi ki, seminar iki hissədən ibarətdir. Birinci hissə BMT-nin Asiya və Sakit Okean Hövzəsi üzrə İnformasiya və Kommunikasiya Texnologiyaları Təlim Mərkəzi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın birgə keçirdiyi dövlət qulluqçuları üçün İKT layihəsi olub, iki gün davam edəcək. Azərbaycanda ilk dəfə tətbiq olunan həmin proqram üzrə bilgilər hər iki qurumun mütəxəssisləri tərəfindən veriləcək.

Seminarın ikinci hissəsi isə qeyd olunan regional qurumla Qafqaz Universitetinin birgə layihəsi olub tələbə gənclərin İKT biliklərinin inkişaf etdirilməsini nəzərdə tutur. 8-10 fevral tarixlərində 3 gün ərzində gerçəkləşdiriləcək bu layihə çərçivəsində müxtəlif ali təhsil müəssisələrinin magistratura və doktorantura pillələrində təhsil alanlar üçün İKT üzrə kurslar düzənlənəcək.

Əhməd Saniç proqramın davamlı olacağını, fevralın sonuna qədər anket sorğuları, görüşlər keçiriləcəyini, martın 4-dən etibarən isə digər universitetlərdən tələbələr cəlb edilməklə həftədə 3 dəfə kurslar təşkil olunacağını, iyunun 18-20-də keçiriləcək birgə hesabat tədbiri ilə yekunlaşacağını diqqətə çatdırdı.

Seminarda təbrik çıxışları oldu. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin İKT-nin inkişafına daim önəm verdiyini bildirdi.

Təhsil nazirinin müavini Qulu Novruzov təbrik nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət və hökumət orqanlarının elektron xidmətlər göstərmələri ilə bağlı məlum sərəncamının icrası istiqamətində 2011-ci ildə ölkəmizdə həyata keçirilən tədbirlərdən söz açıb, bu sahədə atılan addımları, qəbul olunan qərarları Azərbaycan dövlətinin, onun başçısı, ölkə Prezidenti İlham Əliyevin təhsilə diqqət və qayğısının nəticəsi kimi qiymətləndirdi. Diqqətə çatdırdı ki, Təhsil Nazirliyində də bu işlər davamlı olaraq həyata keçirilir. Nazirlikdə elektron xidmətlərinin daha optimal və geniş şəkildə aparılması, daha şəffaf idarəetmə metodları və yollarının tətbiq olunması üçün müvafiq proqram təminatının yaradılması ilə bağlı sifariş verilib. Bildirdi ki, ötən il Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, YUNESKO-nun Moskva bürosunun iştirakı ilə təhsildə İKT-nin tətbiqi, bu sahədə bacarıqların artırılması ilə bağlı geniş konfrans keçirilib. Nazir müavini bu baxımdan BMT-nin Koreyada fəaliyyət göstərən regional qurumu ilə birgə keçirilən konfransın mühüm əhəmiyyət daşıdığını söylədi və onun ölkənin nümunəvi ali təhsil müəssisələrindən biri olan Qafqaz Universitetində təşkil olunmasını təqdir etdi.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, BMT-nin Koreya Respublikasında yerləşən Asiya və Sakit Okean Hövzəsi üzrə İKT Təlim Mərkəzinin direktoru Hyeun-Suk Ri də təbrik nitqlərində seminarın əhəmiyyətini vurğuladılar.

Çıxışında rəhbərlik etdiyi qurum haqqında məlumat verən xanım Hyeun-Suk Ri bildirdi ki, APCICT 2006-cı il iyulun 16-da BMT-nin Asiya və Sakin Okean Ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) regional təşkilatı kimi yaradılmışdır. Təşkilat İKT-dən istifadə etmək yolu ilə həm cəmiyətlərin inkişaflarına kömək etmək, həm də Minilliyin İnkişaf Məqsədlərinə çatmaq məramı üçün yaradılıb. Buna UN-APCICT treninqlər vasitəsilə nail olur. Təlimlər həm üz-üzə, həm də onlayn üsulları ilə aparılır. İndiyədək keçirilən təlimlərə 120 ölkədən 11900 nəfər cəlb olunub. UN-APCICT-in əsas proqramı hesab edilən "Rəhbər dövlət qulluqçuları üçün əsas İKT bilikləri Akademiyası"nın təlimləri 10 təlim modulu üzrə təşkil edilir.

Sonra APCICT haqqında videoçarx nümayiş olundu.

Seminarın tanışlıq sessiyasında habelə Akademiyanın 1-10-cu modulları haqqında təqdimatlar diqqətə çatdırıldı. Modullarla qısa tanışlıqdan sonra Hindistanın İnzibati Heyət Kollecinin İnsan İnkişafı üzrə Mərkəzinin sabiq direktoru Uşa Reddi iki gün ərzində 1 və 2-ci modullar (Modul 1: İKT və hərtərəfli inkişaf arasında əlaqə; Modul 2: İnkişaf siyasəti və idarəetmə üçün İKT) üzrə təlim sessiyası keçirdi. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov