Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

10 Fevral 2012 - №6

 

Məktəbdə növbəti zona müşavirəsi

 

Xudat şəhər Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbindəki dayaq məntəqəsində 2011-2012-ci tədris ilinin birinci yarısının yekunlarına həsr olunmuş növbəti zona müşavirəsi keçirilib. İbtidai siniflər üzrə keçirilən yığıncaqda ərazinin 20-dən artıq şəhər, qəsəbə və kənd məktəblərinin müəllimləri fənn kurikulumları ilə bağlı müzakirələr aparıblar.

Tədbirdə çıxış edən məktəb dayaq məntəqəsinin ibtidai siniflər üzrə sədri N.Əhmədova Xudat şəhər 2, 3, 4, 5 nömrəli, Xudat kənd ümumi orta, Həsənqala, Susay, Dədəli və başqa kənd məktəblərində fəaliyyət göstərən yaradıcı müəllimlərin öz işlərinə məsuliyyətlə yanaşaraq əldə etdikləri nailiyyətlərdən, "açıq dərs"lərin təşkilinin faydasından danışıb.

Sonra müşavirədə çıxış edən müəllimlər dərsliklər və iş dəftərləri ilə bağlı fikirlərini bildiriblər. Fənn kurikulumlarına  aid təcrübə mübadiləsi aparılıb və növbəti ayda keçiriləcək "açıq dərs"lərin tarixləri müəyyən edilib. 

Nəzakət KƏRİMOVA,
Xudat şəhər N.Nərimanov adına
2 nömrəli tam orta məktəbin müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov