Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

17 Fevral 2012 - №07

 

Qusarda Şahmat Mərkəzi istifadəyə verilib

 

Fevralın 16-da Prezident İlham Əliyev Qusara səfəri çərçivəsində şahmat mərkəzinin açılışında iştirak etmişdir.

 Dövlətimizin başçısı şahmat mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

 Məlumat verildi ki, şahmat mərkəzində yeniyetmələrin və gənclərin idmanın bu növü ilə məşğul olmaları üçün geniş imkanlar yaradılmışdır. İkimərtəbəli bina həm də rayonun ümumi görkəminə əlavə çalarlar qatır. Şahmat mərkəzinin ümumi həyətyanı sahəsi 1500 kvadratmetrdir. Binanın ətrafında geniş abadlıq işləri görülmüşdür.

 Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bina əvvəllər "Nizami" kinoteatrı kimi fəaliyyət göstərmişdir. 2009-cu ildə burada əsaslı təmir və yenidənqurma işləri aparılmış və müasir tələblərə cavab verən şahmat mərkəzi yaradılmışdır. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın müxtəlif sahələrinin, o cümlədən şahmatın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend quraşdırılmışdır. Burada şahmatı ayaqüstü oynamaq üçün iki lövhə quraşdırılmışdır. Mərkəzdə iki məşğələ otağı və turnir zalı idmançıların ixtiyarına verilmişdir. Turnir zalında həm respublika, həm də beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi üçün geniş imkanlar vardır. Zalda 40 şahmat stolu qoyulmuşdur ki, onlardan 10-u elektron lövhəlidir. Belə lövhəli stollarda keçirilən oyunları İnternet vasitəsilə izləmək və nəzarət etmək mümkündür.

 Mərkəzdə şahmat bölmələri ilə yanaşı, xarici dil və kompüter kurslarının təşkili də nəzərə alınmışdır. Buradakı kompüter otağında idmançılar İnternet vasitəsilə şahmat oynamaq imkanı əldə etmişlər. Otaqda 13 kompüter quraşdırılmışdır. Mərkəzdə zəngin kitabxana da yaradılmışdır. Burada gənclər tanınmış şahmat ustalarının müəllifi olduğu kitablarla tanış olacaq, şahmatın sirlərini daha dərindən öyrənə biləcəklər.

 Prezident İlham Əliyev zalda gənc şahmatçıların məşq prosesini izlədi.

 Sonra dövlətimizin başçısı mərkəzin foyesində quraşdırılmış monitorlarda 2008-ci və 2011-ci illərdə Qusar rayonuna səfərlərini əks etdirən görüntülərə baxdı.

 Şahmat mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tövsiyə və tapşırıqlarını bildirdi. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov