Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

Soyqırımına həsr olunmuş elmi-praktik konfrans

 

Naxçıvan Müəllimlər İnstitutunda Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı elmi-praktik konfrans keçirilmişdir.

Tədbirdə çıxış edən institutun rektoru, professor Oruc Həsənli 1992-ci ildə Xocalıda baş verən  qanlı hadisələri o zamankı Azərbaycan rəhbərliyinin yarıtmaz fəaliyyətinin nəticəsi kimi dəyərləndirmiş, bu faciəyə hüquqi qiymətin ümummilli lider Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra verildiyini bildirmişdir. "Xocalı soyqırımı bütün dünyada törədilmiş insanlığa qarşı ən dəhşətli faciədir" deyən natiq onu da qeyd edib ki,  bütün bu hadisələr əslində bizi sarsıtsa da, xalqımızı daha da güclənməyə, hər zaman mübariz, vətənpərvər olmağa səsləyir.

Humanitar və təsviri incəsənət kafedrasının baş müəllimi Ələkbər Cabbarlı, institutun III kurs tələbəsi Təbriz Əliyev çıxış etmişlər. Çıxışlarda belə bir inam ifadə olunmuşdur ki, ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin uğurlu siyasəti  nəticəsində Azərbaycanın işğal olunmuş torpaqları azad ediləcək, minlərlə qaçqın soydaşımız kimi xocalılar da öz doğma yurdlarına qayıdacaqlar.

Sonda tələbələr Xocalıya həsr olunmuş şeirləri bədii qiraət etmişlər.  

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov