Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

"Xocalım mənim"

 

Bakıdakı sağlamlıq imkanları məhdud olan  uşaqlar üçün  2 nömrəli internat-məktəbdə  Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Öncə bir dəqiqəlik sükutla  şəhidlərin xatirəsi yad edildi. Məktəbin direktoru Kamil  Məmmədov  bildirdi ki, 1992-ci il  fevralın 25-dən 26-na keçən gecə  xalqımız öz taleyinin ən faciəvi  anlarını yaşadı. Xocalı yerlə yeksan oldu, yüzlərlə günahsız insan, uşaq və yeniyetmələr vəhşicəsinə  qətlə yetirildi. Xocalı faciəsi  öz vəhşiliyinə  və amansızlığına görə  bəşəriyyətə qarşı törədilmiş cinayət aktıdır. Vurğulandı ki, Xocalı faciəsindən 20 il ötsə də, dəhşətli hadisələr tariximizin və zaman-zaman insanlarımızın  qan yaddaşından  heç vaxt silinməyəcək.

Sonra  müəllimlər Əsarə Cəfərova və Nədafə  Zalıyeva  erməni daşnaklarının xalqımızın başına gətirdikləri müsibətlərdən bəhs etdilər. Bildirdilər ki, xalqımız öz  dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə  sıx birləşdi, mətinlik və qəhrəmanlıq nümayiş etdirdi. 

Tədbirin sonunda şagirdlərin ifasında "Xocalım mənim" ədəbi-bədii kompozisiya nümayiş olundu. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov