Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

"Tərəqqi" liseyində "Xocalıya ədalət" kampaniyasına dəstək üçün silsilə tədbirlər keçirilir

 

Ən yeni tariximizin qanla yazılmış səhifələrinin tədrisi pedaqoji işçilərdən - müəllimlərdən yüksək peşəkarlıq, vətəndaş mövqeyi tələb edir. Bu gün yalnız faciənin həcmi, faktların sadalanması gənc nəsli qane etmir. İndi biz Azərbaycan xalqına qarşı yönəlmiş Xocalı soyqırımını öz ağlasığmaz qəddarlığına görə cəmiyyət tarixində yalnız vəhşilik aktı kimi deyil, eyni zamanda bütün insaniyyətə yönəlmiş tarixi cinayət kimi təqdim etməliyik.

Artıq bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Xocalıya ədalət" beynəlxalq kampaniyası geniş vüsət almışdır. Həmin kampaniya çərçivəsində dünyanın bir çox ölkələrində Azərbaycan nümayəndəlikləri tərəfindən müxtəlif aksiyalar təşkil olunur. Bu baxımdan İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar təmayüllü liseydə fevral ayının 20-dən başlayaraq "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək üçün müxtəlif səpgili tədbirlər keçirilir. Həmin tədbirlərdən biri də fevralın 22-də liseyin ingilis dili müəllimi Məlahət Cəfərovanın VII "a" sinfində apardığı "Azərbaycan tarixinin qanlı səhifələri" mövzusunda dərsi idi. Dərs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışının slaydlar vasitəsi ilə nümayişi ilə başlandı. Müəllimin giriş sözündən sonra şagirdlər mövzu əsasında hazırladıqları məlumatları təqdim etdilər.

VII "a" sinif şagirdləri M.Mehdiyeva, L.Həsənli, Kamal Mehdi, A.Hacıyeva, N.Əhmədova, F.Bilalova, Ş.Məmmədov, M.Əliyeva, L.Soltanova 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri qanlı cinayətlər haqqında geniş məlumat verdilər. Onlar çıxışlarında azərbaycanlıların Ermənistandan kütləvi şəkildə deportasiyası və ermənilərin ölkəmizə qarşı ərazi iddiaları barədə danışdılar.

Müəllim Qarabağ faciəsi ilə bağlı sənədli film nümayiş etdirdikdən sonra aşağıdakı suallarla sinfə müraciət etdi:

1) Filmə baxarkən hansı hissləri keçirdiniz?

2) Müharibə nədir?

3) Müharibənin başlanması hansı fəlakətlərə gətirib çıxara bilər?

Müzakirədən sonra şagirdlər A.Belıx, M.Əliyeva, A.Süleymanlı, Z.Nəzərli, R.Əliyeva, A.Sultanova Xocalı soyqırımı haqqında məlumat verdilər. Müəllim şagirdlərə təklif etdi ki, onlar bir neçə dəqiqəlik özlərini beynəlxalq forum üzvü rolunda hiss etsinlər və "Xocalıya ədalət" beynəlxalq kampaniyasının iştirakçısı kimi çıxış etsinlər. M.Mehdiyeva alman,  Kamal Mehdi yapon, A.Sultanova Ukrayna dillərində öz fikirlərini söylədilər.

Daha sonra şagirdlər cəbhə bölgələrində qulluq edən Azərbaycan əsgərlərinə öz arzularını bildirdilər.

Toni Bilekmən və "Dəyirman" qrupunun "Justice for Khojaly" klipi təqdim edildi. Müəllim klipin təqdimatından sonra şagirdlərə qırmızı qərənfil şəklində kəsilmiş kartları payladı və hər bir şagirdə öz fikirlərini qeyd etməyi tapşırdı. Şagirdlərin bir qrupu öz təqdimatını etdi. Lövhəyə qırmızı rəmz kimi qərənfillər yapışdırıldı.

Dərs başa çatdıqdan sonra aparılan müzakirələrdə dərsdə şagirdlərin ingilis dilində çıxış etmələri fənn müəllimlərinin uzun illər boyu apardıqları işin nəticəsi kimi qiymətləndirildi. Bildirildi ki, bu dərs şagirdlərimizdə dövlətçilik, vətənpərvərlik hisslərinin tərbiyəsində, onların vətəndaş mövqeyi tutmasına yönəldilmiş tarixi həqiqətlər, Azərbaycan xalqına qarşı erməni soyqırımı siyasəti haqqında məlumatları ingilis dilində təqdim etmək, öz fikirlərini əsaslandırmaq bacarıqlarının formalaşdırılmasına böyük təsir göstərir və tərbiyəvi əhəmiyyət daşıyır. Dərs prosesində mənəvi dəyərlərimizin anılması çox mühümdür və bu ənənə davam etdirilməlidir.

Bunlarla yanaşı, liseyimizin direktoru Məhbubə Məmmədovanın təşəbbüsü və yaxından köməyi ilə bir sıra digər tədbirlər də keçirilir və keçirilməkdədir. Belə ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması məqsədi ilə liseydə "Xocalıya ədalət": Dünya bunu tanı, unutma Xocalını!" mövzusunda müzakirələr aparılmış, bəyanat tərtib edilmişdir.

Liseydə "Uşaqlar və müharibə" mövzusunda şagirdlər arasında rəsm müsabiqəsi də keçirilmiş və İ.Axundov, E.Şaron, Z.Əliyev, A.Axmadov, L.Əliyev, İ.Sadıqlı, M.Mehdiyeva, Ş.Məcidli müsabiqənin qalibləri olmuşlar.

"Bir daha Xocalı soyqırımı olmasın" yaradıcılıq müsabiqəsində liseyin VIII "a" sinif şagirdləri Kara Ayxan, R.Rzayev, N.Nağıyeva, G.İsayeva, L.Muxtarlı, C.Qasımova, S.Sadıqova, V.Əfəndiyev, Z.Tanrıverdiyeva, VII "a" sinif şagirdləri E.Məmmədov, E.Tağıyev, VIII "b" sinif şagirdləri E.Novruzova, C.Məmmədov fərqlənmişlər.

Xocalı soyqırımına beynəlxalq ictimaiyyət və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən obyektiv hüquqi qiymətin verilməsi, törədilmiş faciənin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması istiqamətində gənclərin bəyanatına imza toplandı.

Müsabiqənin yekunlarına həsr olunmuş mərasimdə çıxış edən liseyin direktoru Məhbubə Məmmədova uşaqların işlərini yüksək qiymətləndirib, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın ardıcıl, məqsədyönlü fəaliyyətlərindən söz açdı, bu işdə Fondun təşəbbüsü olan "Xocalıya ədalət" kampaniyasının mühüm rol oynadığını vurğuladı.

 

Sədaqət NAĞIYEVA,
İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar təmayüllü liseyin direktor müavini

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov