Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

18 nömrəli Bakı Peşə Liseyində Xocalı soyqırımı qurbanları anılıb

 

Fevralın 18-də 18 nömrəli Bakı Peşə Liseyində Xocalı soyqırımının iyirminci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Liseyin foyesində Xocalı soyqırımı qurbanlarını anma  guşəsi yaradılmış, Xocalıda 20 il öncə törədilmiş faciə zamanı qanlı hadisələri əks etdirən şəkillərdən ibarət fotostend hazırlanmışdır. Tədbirdə Təhsil Nazirliyinin, Xocalı Rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin, Xocalıdan olan qaçqın və şəhid ailələrinin nümayəndələri, liseyin müəllim-tələbə kollektivi, KİV nümayəndələri iştirak edirdi. Əvvəlcə liseyin tələbələrinin "Xocalı soyqırımı - ana fəryadı" mövzusunda hazırladıqları  ədəbi-bədii kompozisiya  nümayiş olundu. Liseyin dəhlizində tələbələrin faciəyə həsr etdikləri rəsm əsərindən ibarət 50-dən artıq qalereyaya baxış oldu.  Daha sonra məktəbin tarix kabinetində "Xocalı soyqırımı-qanlı tariximizə nəzər" mövzusunda dərs dinlənildi. Tədbir "Xocalı soyqırımı-erməni faşizmi" mövzusunda "dəyirmi masa" ilə davam etdi. Öncə erməni vəhşiliyini əks etdirən videoçarx nümayiş olundu. Liseyin tədris və istehsalat işləri üzrə direktor müavini Rəsmiyə Allahverdiyeva, həmkarlar komitəsinin sədri Xalidə Hümbətova, Xocalı qaçqını Məleykə Həsənova, şair Bəhmən Laçınsız və başqaları qan yaddaşımıza nəzər salaraq Xocalı faciəsinin dəhşətlərindən söz açdılar, erməni faşizmi qurbanlarının qanının yerdə qalmayacağını bildirdilər. Çıxış edənlər bu cinayəti törədənlərin layiqli cəzalandırılmasının zəruriliyini xüsusi vurğulayıb, ölkə başçısı İlham Əliyevin işğal olunmuş torpaqlarımızın azad olunması  istiqamətində apardığı məqsədyönlü və qətiyyətli  siyasətini  dəstəklədilər.  Tədbirdə  çıxış  edən  Təhsil Nazirliyinin  Texniki  peşə  təhsili  şöbəsinin  baş  məsləhətçisi Kamil  Ağamalıyev  ölkənin bütün təhsil müəssisələrində hər il Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlərin keçirildiyini qeyd etdi.

Tədbir çərçivəsində Xocalı şəhid ailələrindən olan məktəbyaşlı şagirdlər üçün zəruri tədris ləvazimatları hazırlanmış, onların ünvanlara çatdırılması üçün Xocalı Rayon Təhsil Şöbəsinin nümayəndələrinə  təqdim olunmuşdur.  

Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov