Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

"Açıq dərs"də şagirdlər yüksək bilik nümayiş etdirdilər 

 

Bakıdakı 261 nömrəli məktəb-liseydə riyaziyyat müəllimi İlhamə Abdullayevanın V "b"  sinfində "9-a və 3-ə bölünmə əlamətləri" mövzusunda İKT-nin tətbiqi ilə "açıq dərs"i oldu. Dərsdə məqsəd müstəqil işlər vasitəsilə riyaziyyatdan qazanılmış nəzəri biliklərin  şagirdlər tərəfindən tətbiqi idi. Müəllim   dərsdə interaktiv təlim metodlarından  istifadə edərək şagirdlərin fəallığının artırılmasını, riyazi anlayışların və təriflərin şüurlu surətdə dərk edilməsini dərsin əsas xüsusiyyəti kimi diqqət mərkəzində saxladı. Belə ki, dərsin müəllim - şagird dialoqu əsasında interaktiv təlim ruhuna uyğun təşkili  keçirilən mövzunun sinfin əksəriyyəti tərəfindən yüksək səviyyədə mənimsənilməsinə şərait yaratdı. İ.Abdullayeva motivasiya sualı ilə  şagirdlərin məntiqi düşüncəsini inkişaf etdirmək məqsədilə nağıl dünyasına inteqrasiya etdi: "Kim  "Ayı və şir"  təmsilini bilir?". Ekranda slaydlarla təmsildən bir parçanı göstərərək "Həyatda bölmək istəmədiyiniz nələr var" -  sualı ilə müəllim  şagirdlərə müraciət etdi. Şagirdlərin bir qismi vətənini, torpaqlarımızı, bəzisi biliyini bölmək istəmədiyini söylədilər. Müəllim  cavablara öz münasibətini bildirdi  və biliyini bölmək istəməyən şagirdlərə isə  Məhəmməd peyğəmbərin  "dünyada ən böyük sədəqə elmi bilməyənlərə öyrətməkdir" kəlamını xatırlatdı. Sadə məntiqi misallarla yeni dərs şagirdlərə öyrədildi. Əvvəlcədən bölünmüş - "bölünən", "bölən", "qismət" qrupları öz liderlərini seçdi. Şagirdlər liderlərin nəzarəti altında  iş vərəqləri üzərində müəyyən vaxt  ərzində işləyərək doğru cavabları araşdırdılar. İ.Abdullayeva "açıq dərs"də  qiymətləndirməni hər bir qrup  üçün meyar cədvəlinə əsasən həyata keçirməklə dərsin bütün mərhələlərində qiymətləndirmə işi apardı.Ən maraqlısı bu idi ki, bu prosesi   V " b" sinif şagirdləri  özləri müstəqil həyata keçirdilər. Bununla şagirdlər  dərsdə  həm də biliyi qiymətləndirmək vərdişinə   yiyələndilər.

Sonda İlhamə Abdullayevanın riyaziyyatdan keçdiyi "açıq dərs" müzakirə olundu.  Məktəbin direktoru Abuzər Əsədov, riyaziyyat müəllimlərindən Nəsimi Abbasov, Tamam Sərdarova, Sevil Rzayeva və başqaları çıxış edərək "açıq dərs"in yaxşı təşkil olunduğunu və şagirdlərin  yüksək bilik nümayiş etdirdiklərini bildirdilər.    

Mahniyar  ABDULLAYEVA,
əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov