Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

Ziya Bünyadovun 90 illiyinə həsr olunmuş "dəyirmi masa"

 

Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən S.Məmmədov adına 301 nömrəli tam orta məktəbdə akademik Ziya Bünyadovun 90 illiyinə həsr edilmiş "dəyirmi masa" keçirilib. Tanınmış alimin xatirəsi əvvəlcə bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Məmməd Səfərov tədbiri giriş sözü ilə açıq elan etdi. O öz çıxışında Ziya Bünyadovun həm də Sovet İttifaqı Qəhrəmanı olduğunu vurğulayaraq görkəmli alimin həyatından, keçdiyi şərəfli döyüş yolundan və səmərəli yaradıcılığından söhbət açdı.

Daha sonra çıxış üçün söz alan tarix müəllimləri Ə.Abdullayeva, S.Kərimova və İ.Abdullayev Ziya Bünyadovun Azərbaycan tarix və şərqşünaslıq elmindəki əvəzsiz xidmətindən söhbət açdılar.

Zalda Ziya Bünyadovun öz səsi ilə 10 dəqiqəlik çıxışı da səsləndirildi.

Tədbirin sonunda məktəbin direktoru üzünü iştirakçılara tutaraq bildirdi ki, akademik Ziya Bünyadova həsr edilən bugünkü "dəyirmi masa" şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onların dünyagörüşlərinin zənginləşməsində çox böyük əhəmiyyət kəsb edir.  

Ellada UMUDLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov