Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Mart 2012 - №09

 

Qafqaz Universiteti beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən yaxşı universiteti sırasındadır

 

Böyük Britaniyanın məşhur "Times" qəzetinin təhsil əlavəsi olan "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalı dünyada hər il universitetlərin reytinqlərini hesablayan ən etibarlı mənbələrdən biri kimi tanınır. Onun reytinqlərinin nəticələrindən dünyada 30 milyondan çox istifadəçi faydalanmaqdadır. Bu günlərdə jurnalın rəsmi saytında yerləşdirilmiş 2011-ci il üzrə hesabatda müxtəlif indikatorlara əsasən dünya universitetlərinin beynəlxalq tələbə nisbətinə görə müəyyənləşdirilmiş reytinqi verilib.

Şərqi Avropa və  Orta Asiyada fəaliyyət göstərən universitetlərin akademik reytinqi  hesabatında Qafqaz Universitetinin adı xüsusilə qeyd olunub. Hesabatda göstərilir ki, Qafqaz Universiteti beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən yaxşı universiteti arasında 64-cü yerdə qərar tutur. Beynəlxalq tələbə indikatoru universitetin tələbələrinin ümumi sayında xarici tələbələrin nisbəti, tələbə mübadilələri və bu universitet məzunlarının magistratura və doktorantura pillələrində təhsillərinin coğrafiyasına görə hesablanır. Qafqaz Universitetində 10-dan artıq ölkəni təmsil edən tələbələrin təhsil alması və universitet məzunlarının əhəmiyyətli bir hissəsinin dünyanın 50-dən artıq ölkəsində magistratura və doktorantura pillələrində təhsillərini davam etdirməsi bu ali təhsil ocağının reytinq cədvəlində dünyanın məşhur və tarixi universitetlərindən daha yüksək pillədə qərar tutmasına səbəb olub.

Sevindirici haldır ki, Qafqaz Universiteti bu indikatora görə nəinki postsovet məkanının, eyni zamanda Şərqi Avropa və Yaxın Şərqin reytinq siyahısına düşmüş ilk universitetidir. Beynəlxalq tələbə indikatoruna görə Qafqaz Universiteti 90,9 xalla ABŞ, İngiltərə, Kanada və bir sıra Avropa ölkələrilə yanaşı, Azərbaycanın adını dünyanın bu siyahıda yer alan 14 ölkəsi sırasına yazdırmışdır.  

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov