Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Mart 2012 - №09

 

Bakı Dövlət Universitetində "Cinayətkarlıq və cəza" kitabının təqdimat mərasimi keçirilib

 

Bakı Dövlət Universitetində Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində hüquq elmləri doktoru, professor İlham Rəhimovun Moskvada çap olunmuş "Cinayətkarlıq və cəza" kitabının təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan Xocalı soyqırımı qurbanlarını bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, təqdimat mərasiminin Xocalı soyqırımının 20-ci ildönümü ilə üst-üstə düşməsi böyük əhəmiyyət kəsb edir, çünki XX əsrin ən böyük cinayəti olan Xocalı soyqırımını törədənlər hələ də cəzalandırılmamış, dünya ictimaiyyəti isə bu cinayətlə bağlı qəti etirazını bildirməmişdir. A.Məhərrəmov bildirib ki, ümummilli lider Heydər Əliyev deyirdi ki, dövlətə iki amil zərər gətirə bilər: Günahkar cəzasız qalanda və günahsız cəzalandırılanda. Professor İ.Rəhimov tərəfindən bu problem hərtərəfli, hüquqi, tarixi planda təhlil edilib və ona fəlsəfi əsaslandırma verilib.

"Cinayətkarlıq və cəza" kitabının təqdimatının məhz Bakı Dövlət Universitetində keçirildiyinin təsadüf olmadığını bildirən rektor, ölkəmizdə hüquq elminin məhz bu ali təhsil ocağında formalaşdığını qeyd edib.

AMEA-nın müxbir üzvü, BDU-nun kafedra müdiri Məsumə Məlikova, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, BDU-nun kafedra müdiri Kamil Səlimov, Rusiya Federasiyası Dövlət Dumasının komitə sədri Vladimir Pligin, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov çıxış edərək kitabın əhəmiyyətindən bəhs ediblər. Qeyd ediblər ki, Azərbaycan aliminin monoqrafiyasında cinayət və cəzanın xüsusiyyətləri araşdırılır və yaranan problemlər təhlil edilir, cinayətə qarşı mübarizənin yeni yolları nəzərdən keçirilir. Hüquq fakültəsinin tələbələri, müəllimləri və bu mövzu ilə maraqlananlar üçün nəzərdə tutulan bu kitabın rəyçiləri Rusiyanın nüfuzlu hüquqşünasları Aleksandr Bastrıkin və Yuriy Qolikdir. 

Sonra İlham Rəhimov bütün çıxış edənlərə, o cümlədən tədbirə qatılanlara təşəkkür edib. 

Tədbirdə Rusiya Federasiyasının Baş Prokurorluq nəzdində Hüquq İnstitutunun direktor müavini Aleksey Salnikov, general-leytenant Vitali Vladimiroviç Mozyakov, general-leytenant İqor Sobolevski, tanınmış vəkil Viktor Xmarin, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və b. iştirak ediblər.   

Qeyd edək ki, keçmiş SSRİ-də ən gənc hüquq elmləri doktoru olan İlham Rəhimov 100-ə yaxın elmi məqalənin və 5 monoqrafiyanın müəllifidir.   

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov