Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Mart 2012 - №09

 

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay ADU-da mühazirə oxudu

 

Fevralın 22-də Azərbaycan Dillər Universitetində  ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri ilə görüşdü.

Koray Tarqay Azərbaycanın ATƏT-ə üzv olmasının 20 illiyi ilə əlaqədar keçdiyi yol haqqında  mühazirə ilə çıxış etdi. Öncə ATƏT-in fəaliyyəti haqqında qısaca danışan Koray Tarqay  qurumun  57 üzvünün olduğunu bildirdi. O, hazırda ATƏT-in Bakı ofisində 50-ə yaxın əməkdaşın çalışdığını iştirakçıların nəzərinə çatdırdı. Ofisin rəhbəri Azərbaycanın ATƏT-ə 1992-ci ildə üzv olmasına baxmayaraq həyata keçirdiyi layihələri 2000-ci ildən etibarən gücləndirdiyini qeyd etdi.

Koray Tarqay  ATƏT-in həyata keçirdiyi digər  layihələr haqqında tələbələrə məlumat verdi. Hər il 80-90-a yaxın layihə hazırlandığını və bunların çoxuna müsbət cavab aldıqlarını dedi.  O, keçən il Azərbaycanda gənclər üçün təşkil olunmuş bir neçə layihə haqqında danışdı və tələbələrə belə layihələrdə  iştirak etmələrini məsləhət gördü. Bundan başqa ATƏT-in Bakı ofisinin rayonlarda da xidmət göstərdiyini vurğuladı. 

Tədbirdə çıxış edən regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Məcid Əliyev ofisin rəhbərinə təşəkkürünü bildirdi və onu Azərbaycan Dillər Universitetində görməkdən məmnunluq hissi keçirdiyini deyərək mühazirənin tələbələr üçün əhəmiyyətli olduğunu söylədi.

Sonda tələbələrin sualları cavablandırıldı. 

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov