Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Mart 2012 - №09

 

Elmi-texniki yeniliklərin müştərək mənimsənilməsi və tətbiqi

 

Bu günlərdə Türkiyə Cümhuriyyətinin Qars Qafqaz Universitetində "Sürətləndiricilər və elementar zərrəciklər fizikasında kompüter proqramları" məktəbi təşkil olunmuşdur. Tədbir Türkiyə Elmi və Texnoloji Tədqiqat Qurumu (TUBİTAK) və Qars Qafqaz Universitetinin təşkilatçılığı ilə gerçəkləşdirilmişdir. Türkiyənin əksər universitetləri ilə yanaşı, dünyanın ən iri yüksək enerji fizikası laboratoriyası sayılan Avropa Nüvə Araşdırmaları Təşkilatı - CERN-in yüksək ixtisaslı mütəxəssisləri də burada iştirak etmişdir. Birhəftəlik məktəb proqramı çərçivəsində ikigünlük ümumi tədbirlərdən sonra iştirakçılar sürətləndirici və parçacıq fizikasından ibarət olan iki qismə ayrılmışdır.

Tədbirdə Azərbaycandan qatılan 7 nəfərlik nümayəndə heyətinin tərkibində Naxçıvan Dövlət Universitetindən informasiya-kommunikasiya texnologiyaları şöbəsinin müdiri Xaliq Babayev və universitetin iki magistrantı - Hüseyn Qasımov və Ramin Fərəcov da iştirak etmişlər. Kompüter proqramları ilə bağlı məktəb dünyada informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərini mənimsəmək, yüksək enerjili fizika və proqramlaşdırma sahəsində bilik və təcrübələri mübadilə yolu ilə daha da inkişaf etdirmək, təhsil və tədris sahəsində tətbiq etmək məqsədilə təşkil olunmuşdur. Burada iştirak edən 45 tələbəyə mövzu ilə bağlı nəzəri dərslər keçilməklə yanaşı, praktiki məşğələlər də aparılmış, tələbələrin hazırladıqları müxtəlif proqramlar və layihələr müəllimlər tərəfindən qiymətləndirilmişdir. Sonda sertifikatlar təqdim olunmuşdur.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov