Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Mart 2012 - №09

 

"Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri" müsabiqəsində uğurla çıxış ediblər

 

Təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən Bakıdakı "Park İNN" otelində Bakı və Sumqayıt məktəblərinin şagirdlərinin iştirakı ilə "Sabahın alimləri" adlı müsabiqə keçirildi. Müsabiqədə iştirak edən Bakı Dövlət Universitetinin nəzdindəki "Gənc istedadlar" liseyinin şagirdləri yüksək nəticələr əldə etmişdir. Liseyin 12 şagirdinin iştirak etdiyi müsabiqəyə 9 layihə təqdim edilmişdir ki, bu layihələrdən 7-si fərdi, 2-si isə komanda şəklində olmuşdur. Qeyd edək ki, təqdim olunan layihələrin hər biri mükafata layiq görülüb. Belə ki, fərdi şəkildə təqdim olunan layihələrdə liseyin şagirdləri Arif Bayramov və Mahirə Səfərəlizadə I yer, İbrahim Xəlilov, Samir Ömərov və Əminə Əmirxanlıdan ibarət komanda I yer, fərdi şəkildə Aydan İsgəndərzadə, Orxan Quliyev və Aytac Mədətli II yer, Leyla Qəmbərova, Nərmin Muradova III yer, komanda şəklində Vüsal Məmmədov və Aybəniz Ağayeva III yerə layiq görülmüşlər.

Qeyd edək ki, cari ilin may ayında ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçiriləcək INTEL Beynəlxalq Elm və Mühəndislik Sərgisində respublikamız 3 layihə ilə təmsil olunacaq ki, həmin layihələrdən 2-si məhz "Gənc istedadlar" liseyinin şagirdləri Arif Bayramov və Mahirə Səfərəlizadəyə məxsusdur. A.Bayramov "Günəş şüasının təsiri ilə sudan hidrogen alınması üçün bionanosistemdən istifadə olunması" (elmi rəhbəri BDU-nun professoru Rafiq Həsənov), M.Səfərəlizadə isə "Maqnit xassəli polimer kompozitlə su səthindən neft və neft məhsullarının nazik təmizlənməsi" (elmi rəhbəri BDU-nun professoru Abdulsəyid Əzizov) layihələri ilə beynəlxalq müsabiqədə iştirak edəcəklər. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov