Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Mart 2012 - №09

 

20 nömrəli məktəb-liseydə Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirildi

 

Fevralın 24-də Bakıdakı 20 nömrəli məktəb-liseydə Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, Xocalı sakinləri və digər şəxslər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Sabir Məmişov faciənin dəhşətlərindən, dinc əhaliyə qarşı erməni yaraqlılarının törətdikləri vəhşiliklərdən danışdı. Xocalı faciəsinin Azərbaycanın tarixində qanlı bir səhifə, insanlığa qarşı törədilmiş misli görünməmiş terror hadisəsi olduğunu bildirən direktor həmin dövrdə hakimiyyətdə olan rəhbərlərin xəyanətkarlıq mövqeyini diqqətə çatdırdı. Qeyd etdi ki, dünya ictimaiyyəti bu acı həqiqəti bilməli və əsrin faciəsi-Xocalı soyqırımı beynəlxalq qurumlar tərəfindən öz hüquqi qiymətini almalıdır.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Xocalı faciəsinin ötən əsrin ən dəhşətli faciələrindən biri və ermənilərin mənfur siyasətinin ən iyrənc nümunəsi olduğunu qeyd etdi. Bildirdi ki, erməni qəsbkarları  XIX əsrdən başlayaraq müxtəlif  dövrlərdə  xalqımıza qarşı  işğalçı siyasət yeridərək,  öz   məkrli  planlarını zaman-zaman  həyata keçiriblər.   Xocalı soyqırımı  isə bunların  ən dəhşətlisi, dinc əhaliyə qarşı   misli görünməyən  zorakılıqdır. İ.Mehdiyev qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin müdrik  siyasəti nəticəsində 1994-cü ildə bu dəhşətli faciəyə siyasi qiymət verilmiş və bundan sonra Xocalının haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür.

Tədbirdə çıxış edən Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, Xocalı sakini Xəlil Vəliyev və başqaları soyqırımının dəhşətlərindən danışdılar.

Tədbirdə şagirdlərin söylədikləri şeirlər, göstərdikləri səhnəciklər iştirakçılarda kədərli anlar yaşatdı. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov