Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

08 Mart - № 10

 

Heydər Əliyev və milli təhsilimiz

 

Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin  153-cü məşğələsi keçirildi. "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusuna həsr olunmuş növbəti məşğələni giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli ümummilli liderin Azərbaycan təhsilinin inkişafına, milli kadr potensialının formalaşmasına yönəldilmiş təhsil siyasətinin bəhrələrindən söz açdı. Heydər Əliyevin ayrı-ayrı regionlarda, xüsusilə də Naxçıvanda  elmin, təhsilin inkişafındakı misilsiz xidmətlərindən danışan rektor  qeyd etdi ki, ümummilli liderin elm, təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublika rəhbərliyinin diqqət və qayğısı sayəsində Naxçıvanda bu sahədə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.

Pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev mövzu ilə bağlı ətraflı məruzə etdi. Məruzəçi bildirdi ki, hələ sovetlər dönəmində Heydər Əliyevin rəhbərliyi ilə milli təhsilimizdə əsaslı kəmiyyət və keyfiyyət göstəriciləri əldə olunmuş, 1984-87-ci illərdə SSRİ-də ümumtəhsil və peşə məktəbi islahatı uğurla həyata keçirilmiş, azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ən məşhur ali təhsil ocaqlarında dövlət hesabına təhsil alması təmin olunmuşdur. Müstəqillik illərində ümummilli liderin təşəbbüsü və qayğısı ilə hazırlanmış "Təhsil haqqında" Qanun qəbul edilmiş, milli təhsilin inkişaf strategiyası uğurla həyata keçirilmiş, yeni təhsil müəssisələri açılmış, təhsil işçilərinə dövlət qayğısı artmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra elmin, təhsilin inkişafı, milli pedaqoji kadr potensialının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etmişdir. Bu siyasət bu gün də uğurla davam etdirilir. Belə ki, Prezident cənab İlham Əliyevin xüsusi qayğısı, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə son 16 il ərzində muxtar respublikada 200-ə yaxın məktəb binası tikilmiş və ya əsaslı təmir olunaraq istifadəyə verilmiş, təhsil müəssisələrinin maddi-texniki və tədris bazası möhkəmləndirilmiş, ən yeni informasiya-kommunikasiya vasitələri ilə təchiz olunmuşdur. Qeyd olundu ki, Naxçıvan Dövlət Universitetində dünya təhsil sisteminə uğurla inteqrasiya, bir-birinin ardınca yeni tədris korpuslarının istifadəyə verilməsi, müasir texniki avadanlıqlarla təchiz olunma, beynəlxalq əlaqələrin inkişafı, professor-müəllim heyətinin qazandığı uğurlar Naxçıvanda elmin, təhsilin dinamik inkişafının parlaq sübutudur.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov