Bu günlərdə Bakı Slavyan Universitetinin məktəb-lisey
kompleksində bu təhsil ocağının məzunları ilə yuxarı
sinif şagirdlərinin görüşü keçirilib. Diskussiya
şəraitində keçən görüşdə məzunlar təhsil aldıqları
universitetlərin fəaliyyəti ilə bağlı ətraflı məlumat
veriblər. Onlar şagirdləri maraqlandıran sualları da
ətraflı cavablandırıblar. Bir vaxt təhsil aldıqları
məktəb-liseydə bu gün elmi biliklərə yiyələnən
şagirdlərin öz məktəbləri və müəllimləri barədə
söylədikləri fikirlər qonaqlarda xoş ovqat yaradıb.
Məzunlar da, öz növbələrində, təhsildə qazandıqları
uğurlara görə məhz bu kompleksin pedaqoji kollektivinə
minnətdar olduqlarını bildiriblər.
Sifai SƏFƏROVA |