Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

08 Mart - № 10

 

İKT kursları müəllimləri razı salır

 

Təhsil nazirinin müvafiq əmrinə əsasən, hər yerdə olduğu kimi, İmişli rayonunda da İKT üzrə kurslar təşkil olunub. "Mədəd-Azərbaycan" təşkilatının keçirdiyi bu kurslar müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və təkmilləşdirilməsində mühüm rol oynayır.

İmişli Rayon Təhsil Şöbəsində 2011-ci ilin sentyabrından kurslar keçirilir. Həftəlik kursların birində mən də iştirak etmişəm. Kursun təlimçiləri Sevinc Məhərrəmova və Əfsanə İbrahimova öz peşələrinin əsl ustalarıdır.

Kurs müddətində müəllimlər müasir təlim metodlarından istifadə üzrə zəruri təlimatlar aldılar, yeni təlim metodları ilə tanış olub müvafiq bacarıq və vərdişlərə yiyələndilər. Eyni zamanda kursda öyrədən və öyrənən arasında münasibətlər, yeni pedaqoji yanaşmalar, qiymətləndirmə və rəğbətləndirmə barədə məlumat və bilgilər aldıq.

Mən rayonumuzun müəllimləri adından kursun təşkilatçılarına və təlimçilərə dərin minnətdarlığımı bildirirəm. 

Almaz HƏŞİMOVA,
İmişli şəhər N.Nərimanov adına
1 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov