Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

08 Mart - № 10

 

ADU-da Beynəlxalq Qadınlar günü qeyd edildi

 

Martın 6-da Azərbaycan Dillər Universitetində 8 mart-Beynəlxalq Qadınlar gününə həsr edilmiş tədbir keçirildi. Universitetin tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev universitet rəhbərliyi adından ADU-da çalışan xanım əməkdaşları, eləcə də zərif cinsin nümayəndələri olan tələbələri təbrik etdi. İstər cəmiyyətdə, istərsə də universitetdə xanımların özünəməxsus yeri olduğunu söyləyən prorektor onlara işlərində və şəxsi həyatlarında müvəffəqiyyətlər dilədi. Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə mükafatlandırılan xanımlar arasında ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova da var. Bundan əlavə, Ə.Əliyev qeyd etdi ki, ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun əmri ilə universitet həyatında fəal iştiraklarına görə fakültə və şöbələrdə çalışan bir qrup qadın əməkdaşa təşəkkür elan edilib.

ADU Müəllim Azad Həmkarlar Təşkilatının sədri Misgər Məmmədov da öz növbəsində universitetin qadın əməkdaşlarını bayram münasibətilə təbrik etdi. Qeyd etdi ki, rəhbərlik etdiyi təşkilat adından kafedra və strukturlarda çalışan qadınların bir qrupuna pul mükafatı təqdim edilib.

Beynəlxalq Qadınlar gününə həsr edilmiş bayram tədbiri daha sonra tanınmış müğənnilərin, eləcə də universitet tələbələrinin ifasında konsert proqramı ilə yekunlaşdı.     

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov