Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

08 Mart - № 10

 

Psixoloji xidmətdə kadr hazırlığı mühüm şərtdir

 

Naxçıvan Müəllimlər İnstitutunda "Psixoloq" qəzetinin baş redaktoru Tahir Heydərovun iştirakı ilə sosial psixoloji xidmət ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilmişdir.

Görüşdə institutun rektoru, professor Oruc Həsənli çıxış edərək bildirmişdir ki, bu ixtisas üzrə təhsil alan tələbələr  gələcəyin əsl sosial psixoloqları kimi yetişməli, seçdikləri ixtisasa dərindən yiyələnməyi bacarmalıdırlar. Çünki müasir dövrdə həyatın bütün sahələrində psixoloji xidmət önəmli yer tutur. Sosial psixoloq kadrlarının öz peşə  ixtisasları üzrə uğurla fəaliyyət göstərmələrinin səbəbi onların institutda aldıqları nəzəri bilikləri təcrübədə tətbiq etmək bacarıqlarından ibarətdir. Bunu nəzərə alaraq  institutumuzda nəzəriyyə ilə təcrübəni uzlaşdıran psixoloji xidmət mərkəzləri yaradılmışdır.  "Psixoloq" qəzetinin baş redaktoru Tahir Heydərov çıxış edərək KİV-in psixoloji xidmətlərinin əhalinin sosial biliklərlə məlumatlandırılması barədə ətraflı danışmışdır. Qeyd olunmuşdur ki,  bu məsələdə psixoloq kadrlarının rolu danılmazdır. Onlar da öz peşələrinin sirlərini daha yaxşı bilmək üçün mütəmadi olaraq KİV-dən yararlanmalıdırlar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır. 

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov