Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Mart 2012 - №11

 

Salyanda Uşaq Texniki Yaradıcılıq Mərkəzi açılıb

 

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Uşaq Texniki Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Salyan Uşaq Texniki Yaradıcılıq Mərkəzi 1985-ci ildən uyğunlaşdırılmamış binada fəaliyyət göstərirdi. Ötən ilin martından Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərkəz üçün yeni binanın tikintisinə başlanılmışdır. Bütün lazımi infrastrukturun yaradıldığı Mərkəzin yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq işləri görülmüş, ağac və gül kolları əkilmişdir.

Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətlərini, həmçinin ümummilli liderin və dövlət başçısının Salyan rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır.

Prezident İlham Əliyev Mərkəzin əvvəlki və indiki vəziyyətini əks etdirən fotostendə baxdı, sərgi salonunda uşaqların əl işləri ilə tanış oldu.

Qeyd edildi ki, birinci mərtəbədə kitabxana, emalatxana və xidməti otaqlar vardır. Burada iki otaq rayon uşaq kitabxanası üçün nəzərdə tutulmuşdur. İkinci mərtəbədə Mərkəzin fəaliyyətinə həsr olunan fotolar və uşaqların müxtəlif müsabiqələrdə qazandıqları diplomlar nümayiş etdirilir. Əyləncəli fizika, gənc şahmatçılar, modelçilik, ibtidai texniki modelləşdirmə, bacarıqlı əllər, gənc dizayner, ingilis dili dərnəkləri də uşaqların intellektual inkişafı üçün nəzərdə tutulmuşdur. Ümumilikdə Mərkəzdə 1772 uşaq 10 dərnəkdə məşğul olacaqdır. Mərkəz müasir avadanlıqla təchiz edilmişdir.

Mərkəzdə yaradılmış şəraitdən məmnunluğunu bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov