Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Mart 2012 - №11

 

Məktəbdə Novruz şənliyi

 

Bakıdakı 83 nömrəli məktəb-liseydə  bayram şənliyi çox məzmunlu və maraqlı təşkil olunmuşdu. Məktəblilərin yaz tətili Novruzdan bir neçə gün əvvəl başlandığından bayram şənliyi ilaxır çərşənbəyə salınmışdı. Ona görə  şənliyə toplaşanlar həmin gün iki bayramın sevincini yaşadılar.

Məktəbin həyətində təşkil olunmuş bayram şənliyində məktəbin pedaqoji və şagird kollektivi ilə yanaşı, Təhsil Nazirliyindən, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən nümayəndələr, məktəb direktorları və KİV təmsilçiləri iştirak edirdilər. Meydanda dairəvi düzülmüş şagirdlərin əlində xonçalar və səmənilər var idi. Bayram tonqalının yanında xalçanın üstündə oturmuş şagirdlər növbənöv bayram şirniləri  hazırlayırdılar.

Mərasimi məktəb-liseyin direktoru Yaqut Sadıqova açaraq şənlik iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etdi. Elimizin, obamızın adət-ənənələri haqqında danışan Y.Sadıqova bildirdi ki, onları yaşatmaq, nəsillərdən-nəsillərə ötürmək hər bir azərbaycanlının borcudur.

Tədbirin aparıcıları ilaxır çərşənbə, Novruzla bağlı xalqımızın həyatında yüz illərlə  yaşayan adət-ənənələrdən söz açdılar.

Tədbirdə iştirak edən qonaqlar çıxışlarında Novruz  bayramının milli köklərə bağlılığından  və tarixindən danışdılar.

Sonra meydan Kosa ilə Keçələ verildi. Məzəli çıxışları ilə hamının diqqətini cəlb edən şənliyin əzizləri  Novruz bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər, xalqımıza həmişə bayram əhvali-ruhiyyəli günlər arzuladılar.

Sonra məktəbin istedadlı uşaqlarının ifasında bədii proqram nümayiş olundu. Bahar qızın meydana gəlişi, təmsil etdiyi fəslin şəninə söylədiyi şeir və mahnılar, şagirdlərin ifaları, müxtəlif idman nömrələri bayram iştirakçılarında xoş ovqat yaratdı.

Tədbirin sonunda şagirdlər və qonaqlar bayram tonqalının ətrafında yallı getdilər.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov