Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Mart 2012 - №11

 

Liseydə bayram tədbiri

 

Bakının Nəsimi rayonundakı Texniki Humanitar Liseydə "Elimizə Novruz gəlir" adlı bayram tədbirindən əvvəl şagirdlərin Novruza həsr etdikləri divar qəzetlərinə və müxtəlif bayram şirniyyatlarına, "Bahar" rəsm sərgisinə baxış keçirildi. 

Tədbiri giriş sözü ilə açan liseyin  direktoru Ellada Qasımova iştirakçıları bayram münasibəti ilə təbrik etdi.

Milli ruhda bəzədilmiş səhnədə al-əlvan geyinmiş şagirdlərin əllərindəki səməni, nərgiz gülü baharın gəlişindən xəbər verirdi. Onlar növbə ilə bahar bayramı haqqında şeirlər, mahnılar ifa etdilər. Novruz bayramının tarixindən, su, od, yel, torpaq çərşənbələriylə bağlı adət-ənənələrindən, mərasimlərdən söz açdılar.

Milli geyimdə şagirdlərin ifasında rəqs nömrələri göstərildi. Tonqala od vuruldu.  Ağ atın üstündə Bahar qızı meydana gəldi. Şənliyi daha da maraqlı və yaddaqalan edən Bahar qızı iştirakçıları Novruz bayramı münasibəti ilə təbrik etdi. Xalqımıza sülh və əmin-amanlıq, bol ruzi-bərəkət arzuladı.  Novruzun əsas atributlarından olan Kosa ilə Keçəlin duzlu, məzəli çıxışları və rəqsləri  şagirdlərdə yazla qışın görüşü təəssüratını yaratdı.

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov