Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Mart 2012 - №11

 

"Ana dilim" kompozisiyası nümayiş etdirilib

 

Bakıdakı 14 nömrəli  tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənn aylığının yekununa həsr olunmuş    tədbir keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  nümayəndələri, valideynlər və qonşu məktəblərdən dəvət olunmuş müəllimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Hürzad Verdizadə bildirib ki,  aylıq müxtəlif  nominasiyalar üzrə  tədbirlərlə  zəngin olub. Müəllimlərin  rəhbərliyi altında  şagirdlər arasında  inşa  və şeir müsabiqəsi, şagirdlərin  və müəllimlərin   yaradıcılıqları, keçirilən "açıq dərs"lər tədbirlər planının əsasını təşkil edib.

Sonra  dilimizin inkişafı, qorunması, dövlət dili səviyyəsinə   yüksəlməsindən  söz açan Hürzad  Verdizadə     şagirdlərə və qonaqlara  dilimizin tarixi kökləri haqqında  ətraflı  məlumat  verib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələrindən Şəmsi Qoca, Yaqut    Məmmədova  və başqaları   çıxış edərək  fənn aylığı  ilə əlaqədar məktəbdə keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar. Onlar bu cür tədbirlərin şagirdlərin təlim- tərbiyəsində önəmli rol oynadığını vurğulayıblar.

Tədbirdə xalq şairi Bəxtiyar Vahabzadənin "Ana dilim" şeirinin sədaları altında nümayiş etdirilən elektron tipli divar qəzeti  xüsusi maraqla qarşılanıb. Burada  şagirdlərin ifasında ana dilinə aid şeir, bayatı, yanıltmac söylənilib və  "Ana dilim" kompozisiyası nümayiş etdirilib. Sonra dilimizin, həm də ədəbiyyatımızın ana kitabı olan "Kitabi-Dədə Qorqud" dastanında xalqımızın məişəti, adət-ənənəsi, döyüş və savaşlarını əks etdirən səhnəciklər göstərilib. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov