Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

"British Council" və "Mədəd-Azərbaycan" məktəblərdə ingilis dilinin tədrisini dəstəkləyir

 

"British Council" və "Mədəd-Azərbaycan" ingilis dilinin tədrisi prosesində elektron tədris resurslarından istifadə istiqamətində müəllimlərin imkanlarını genişləndirmək məqsədi ilə birgə layihəyə imza atmışlar. Layihə müvafiq peşəkar inkişaf imkanları vasitəsilə ingilis dilinin öyrənilməsi və tədrisi üzrə "British Council"in resursları haqqında 100 müəllim və 500 tələbənin biliklərini artıracaq. 2012-ci ildə keçirilməsi nəzərdə tutulan pilot layihədən Bakı, Sumqayıt, Şirvan, Göyçay və Mingəçevirdən olan müəllimlər faydalanacaqlar.

Layihə iştirakçıları ingilis dilinin tədrisində elektron resurslardan istifadə edilməsi haqqında yeni üsulların öyrənilməsi və bacarıqların inkişaf etdirilməsi məqsədi ilə bir sıra təlim sessiyalarında iştirak edəcəklər. Təlimdən sonra müəllimlər "British Council" və "Mədəd-Azərbaycan" tərəfindən dəstəklənən onlayn ünsiyyət vasitələrinin köməyi ilə təcrübələrini bölüşmək və şəbəkələşmək imkanı əldə edəcəklər. Belə ki, "British Council"in bu innovativ tədris resursları gündəlik sinif fəaliyyətinə inteqrasiya olunacaq.

Layihənin əsas məqsədi müəllimlər tərəfindən müxtəlif vasitələrin köməyi ilə məlumatların əldə edilməsinə yönəldilmişdir. Artıq bu gün müəllimlərin hər hansı bir materialı əldə etməsi   üçün iş yerindən uzaqlaşmasına ehtiyac yoxdur, onlar istənilən vaxt onlayn kitabxana resurslarına və xidmətlərinə daxil ola bilərlər.  

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov