Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

Bakıda psixoloji problemləri olan uşaqlar üçün mərkəzlər yaradılacaq

 

Uşaqlarda yarana bilən psixoloji problemləri vaxtında aradan qaldırmaq məqsədilə Bakının rayonları üzrə "Psixoloji xidmət mərkəzləri" yaradılacaqdır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bu barədə aldığımız məlumatda bildirilir ki, müasir dövrdə cəmiyyət həyatının bütün sahələrində gedən qloballaşma prosesi, informasiya bolluğu gənclərin dünyagörüşünün formalaşmasına, onların şəxsiyyət kimi yetişməsinə güclü təsir göstərir. Mənfi təsirlərə məruz qalan uşaqlarda öz müəllimlərinə, həmyaşıdlarına, hətta valideynlərinə qarşı münasibətdə müəyyən psixoloji çətinliklər yaranır, qarşılaşdıqları problemləri müstəqil həll edə bilmədikdə onlarda ruh düşkünlüyü meydana çıxır.

Paytaxtın təhsil müəssisələrində yarana biləcək belə problem və çətinliklərin qarşısının alınması, onların vaxtında aşkar edilməsi və aradan qaldırılması, eləcə də pedaqoji-psixoloji prosesin düzgün qurulması və psixoloji xidmət işinin daha da yaxşılaşdırılması məqsədilə yaxın gələcəkdə bir sıra işlərin görülməsi planlaşdırılır.

Şəhər üzrə praktik psixoloqlar haqqında diaqnostik məlumatın dəqiqləşdirilməsi, psixoloji xidmət üzrə ştatdankənar metodistlərin müəyyən olunması, rayonlar üzrə praktik psixoloqlar üçün "Psixoloji xidmət işinin səmərəli təşkili yolları" mövzusunda nəzəri-praktik treninqlərin keçirilməsi, qabaqcıl təcrübəyə malik praktik psixoloqların müəyyən edilməsi görüləcək işlər sırasındadır.

Yaxın gələcəkdə bu istiqamətdə Bakının rayonları üzrə "Psixoloji xidmət mərkəzləri"nin yaradılması, "Məktəbdə psixoloji xidmət işinin təşkilinə verilən müasir tələblər, reallıq və qarşıda duran vəzifələr" mövzusunda elmi-praktik konfransın təşkili, "Psixoloji xidmət mərkəzləri"nin İKT və inventarlarla təmin edilməsi nəzərdə tutulur

YLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov