Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

Soyqırımı qurbanları anıldı

 

Bakıdakı 267 nömrəli məktəb-liseydə 31 Mart  - Azərbaycanlıların soyqırımı günü  ilə əlaqədar tədbir keçirilib.

Dövlət himninin səslənməsindən sonra soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Soyqırımı aktını xalqımıza qarşı ermənilərin törətdiyi ən qanlı cinayət kimi səciyyələndirən təhsil ocağının rəhbəri Adilə Orucova bildirib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və digər rayonlarda 10 minlərlə azərbaycanlını  qətlə yetirib, evlərini talan edib, yurd-yuvasından didərgin salıblar.

Tədbirin aparıcıları yuxarı sinif şagirdləri  Azad Qarayev və Gülxar Qurbanova 31 mart soyqırımı haqqında geniş məlumat verərək  bildiriblər ki, erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı siyasəti tarix boyu davam etsə də, baş verənlərə lazımi qiymət verilməmiş, dünyaya çatdırılmamışdı. Qanlı faciə ilə bağlı  ədalətli qərar  80 il sonra qəbul edilib. Ümummilli lider Heydər Əliyevin  1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı ilə ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci il qırğınlarına siyasi qiymət verildi. Hər il 31 martı azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən  soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq.

Məktəbin tarix müəllimləri Xəyalə Nadirova və Nailə Əzizova çıxış edərək bildiriblər ki,  erməni faşistlərinin zaman-zaman xalqımızın başına gətirdikləri müsibətləri hamı bilməli və gələcək nəslə çatdırmalıdır. 31 Mart - Azərbaycanlıların soyqırımı günü ərəfəsində bütün siniflərdə şagirdlərə bu hadisələrin baş verdiyi dövr, tarixi şərait, ermənilərin xalqımıza qarşı yürütdüyü təcavüz siyasətinin ayrı-ayrı mərhələləri və s. haqqında məlumat verilir.

Şagirdlər ədəbi-bədii kompozisiya göstəriblər. Tədbirin sonunda iştirakçılar  VII "a" sinfində Anargül Məmmədovanın,  VIII "a" sinfində Nailə Cəlilovanın və  IX "ç" sinfində Kəklik Məmmədovanın 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş "açıq dərs"lərini dinləyiblər.

***

Bakıdakı 236 nömrəli tam orta məktəbdə 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş  mərasim keçirildi.  Əvvəlcə mərasim  iştirakçıları məktəbin foyesində soyqırımına aid rəsm sərgiləri, stend və guşələrlə tanış oldular.

Akt zalında təşkil olunan mərasimə Üzeyir Hacıbəylinin qəhrəmanlığa və mübarizəyə səsləyən "Uvertüra"sının sədaları altında üçrəngli Dövlət bayrağı gətirildi. Torpaqlarımızın azadlığı, suverenliyi uğrunda mübarizədə canından keçmiş vətən övladlarının, 20 Yanvar, Xocalı və  31 Mart soyqırımılarında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mərasimdə çıxış edən məktəbin direktoru Xanlar İmaməliyev xalqımızın qəniminə çevrilmiş ermənilərin 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada və digər şəhərlərdə törətdikləri qətliamın misli-bərabəri olmadığını bildirdi. Qeyd etdi ki, erməni faşistləri bu  ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.

Tədbirdə məktəbin tarix müəllimləri Sara Ağayeva, Zülxumar Qasımova, Rövşanə İsmayılova, Sehran Məmmədov və başqaları çıxış edərək 1918-ci il mart hadisələri ilə bağlı tarixi faktları, həmin dövrdə və sonrakı illərdə  erməni qəsbkarlarının törətdikləri vəhşilikləri iştirakçıların diqqətinə bir daha çatdırdılar.

Çıxış edənlər ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanının əhəmiyyətindən, həmçinin bu gün ölkəmizin hərtərəfli inkişafı üçün aparılan  siyasətin uğurlu nəticələrindən danışdılar.

Tədbir şagirdlərin söylədikləri şeirlər və nümayiş etdirdikləri kompozisiyalarla başa çatdı.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov