Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

Amerikalı qonaqlar Lənkəran Dövlət Universitetində

 

Bu günlərdə ABŞ-ın Kaliforniya ştatının Montre şəhərinin nümayəndə heyəti Lənkəranda olmuşdur. Lənkəran Dövlət Universiteti ilə tanışlıq amerikalı qonaqlarda xoş təəssürat oyatmışdır.

Qonaqlar universitetin auditoriyaları və tədris laboratoriyaları ilə tanış olmuş, professor-müəllim heyəti və tələbələrlə görüşüb söhbət etmişlər.  Məlumat verildi ki, Lənkəran Dövlət Universiteti fəaliyyət göstərdiyi 20 il ərzində böyük inkişaf yolu keçərək, respublikanın cənub bölgəsində elm, təhsil və mədəniyyət mərkəzinə, mənəvi tərbiyə məktəbinə çevrilmişdir. Bu gün Lənkəran Dövlət Universitetində 1600-dən çox tələbə təhsil alır, 200-dən çox professor-müəllim heyəti çalışır. Vaxtilə 2 fakültədən ibarət olan Lənkəran Dövlət Universiteti indi 4 fakültəni, 11 kafedranı, 3 tədris laboratoriyasını, 50 min nüsxədən çox kitab fondu olan zəngin kitabxananı, geniş tədris korpusunu birləşdirən təhsil müəssisəsidir. Universitetin beynəlxalq əlaqələri ildən-ilə genişlənir.

Moskva, Novosibirsk, Kiyev, Berlin, Bonn, Strasburq universitetləri kimi dünyanın qabaqcıl ali məktəbləri ilə tələbə-müəllim və elmi tədqiqatlar mübadiləsi aparılır.

ABŞ-ın Kaliforniya ştatının Montre şəhəri kənd təsərrüfatı elmi-tədqiqat stansiyasının rəisi Erik Lauritzen və Montre şəhərinin bələdiyyə şurasının üzvü Nensi Selfric görüş üçün minnətdarlıqlarını bildirmiş, suallara cavab vermişlər. 

Hacı Etibar ƏHƏDOV,
Lənkəran Dövlət Universiteti
Mətbuat və informasiya xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov