Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

Köln Tətbiqi Elmlər Universiteti Azərbaycanda növbəti TEMPUS layihəsini həyata keçirəcək

 

Köln Tətbiqi Elmlər Universiteti professor-doktor Reza Talebi-Daryaninin rəhbərliyi altında "Azərbaycan üçün mühəndis təhsilində tədris müəssisəsinin Boloniya prosesinə uyğunlaşması" mövzusunda Azərbaycanda V TEMPUS layihəsi həyata keçirəcək. Avropa İttifaqına IV TEMPUS proqramı üçün təqdim olunan 531 təklifdən 63-ü seçilmişdir. Bəyənilən layihələr içərisində Köln Tətbiqi Elmlər Universitetinin təklifi də var. Bu yeganə alman ali məktəbidir ki, Azərbaycanda V TEMPUS layihəsini həyata keçirir.

Bununla Köln Tətbiqi Elmlər Universiteti Almaniyanın ali məktəbləri arasında birinci yeri tutur.

EACEA (Mədəniyyət, Təhsil və Audiovizual İcra Agentliyi) tərəfindən təqdim olunan layihəyə Avropa İttifaqının 3 il ərzində ayıracağı ümumi məbləğ 512.000 avro təşkil edəcək 57.000 avro isə özünümaliyyələşdirmə hesabına olacaq.

Avropa İttifaqından layihənin digər iştirakçıları Graz Texniki Universiteti və Varşava Texniki Universitetidir. Köln Tətbiqi Elmlər Universiteti cənab Talebi-Daryaninin rəhbərliyi altında Azərbaycandan AzTU, ADNA və SDU ilə birgə işini davam etdirəcək. Azərbaycanın Təhsil Nazirliyi də bu layihədə fəal iştirak edir.

Professor Talebi-Daryani artıq 20 ildir ki, Azərbaycanın ali məktəbləri ilə birgə iş aparır.

Müvəffəqiyyətlə başa çatmış əvvəlki TEMPUS layihələrində Azərbaycanın beş universitetində elektrotexnikanın və ətraf mühitin texnikasının müxtəlif ixtisasları üzrə müasir bakalavr-magistr təhsil pillələri yaradılmışdır. Bu təhsil pillələri Boloniya prosesinə uyğundur.

Azərbaycan Boloniya prosesinə 2005-ci ildən qoşulub. Lakin bu günə kimi yeni yaranan mühəndis sistemində hələ də təhsil müəssisəsinin Boloniya prosesinə uyğun akkreditasiya və keyfiyyətin təminatı təşkilatı yoxdur.

Boloniya prosesi məqsədlərinin Azərbaycanda həyata keçirilməsi təhsil prosesinin müddətini və keyfiyyətinin təminatını tələb edir. Təlimdə keyfiyyətin təminatı optimallaşdırma və akkreditasiya vasitəsi ilə əldə olunur.

Azərbaycanda üç ali məktəbdə (AzTU, ADNA və SDU) indiyə kimi olan TEMPUS layihələrinə əsasən seçilmiş altı B-M təhsil pillələri yeni layihə çərçivəsində optimallaşdırılır və akkreditasiya edilir. Keyfiyyət təminatını tətbiq edən vasitələr iştirakçı ali məktəblər üçün yol göstərən olmalıdır. Onlardan bütün təhsil proqramında tədricən istifadə etmək lazımdır.

Beləliklə, layihənin məqsədi təhsil prosesinin optimallaşdırma və akkreditasiyaya əsaslanaraq keyfiyyətin təminatıdır. Bu, Azərbaycanda mühəndis təhsilinin Boloniya prosesinə uyğunlaşması deməkdir. Bu məqsədə nail olmaq üçün təlimdə təchizatın modernləşməsi vacibdir.

Azərbaycanda mühəndis təhsili üçün hələ milli akkreditasiya agentliyi olmadığına görə layihədə akkreditasiya mühəndis təhsilində ixtisaslaşmış məşhur Avropa agentliyi tərəfindən aparılacaq.

Layihənin reallaşması ilə mühəndis təhsili üçün ölkənin ən mühüm ali məktəblərində akkreditasiya və keyfiyyətin təminatı məqsədi ilə pilot xarakterli təşkilatlar yaranacaq. Onlar Boloniya prosesinin məqsədinə nail olma yollarını və məqsədini göstərəcəklər.

Layihə müvəffəqiyyətlə bitəndən sonra Təhsil Nazirliyi tərəfindən ölkənin mühəndis təhsilində Boloniya prosesinin reallaşmasında pilot layihə kimi sayılacaq.

Azərbaycanda tədris müəssisəsinin Boloniya prosesinə tədricən uyğunlaşması ali məktəbin B-M təhsil pillələrində keyfiyyətin əlavə uzunmüddətli və yoxlanılan təminatını tələb edir.

Tədris müəssisəsinin keyfiyyət təminatı üçün olan mühüm innovasiya Azərbaycanda həmkar ali məktəblərdə tələbələrin cəlb olunması ilə tələbələrin qiymətləndirmə mərkəzi yaranacaq.

Keyfiyyətin təminatı məqsədilə məsul dosentlər seçilmiş tələbələrlə birlikdə tələbələrin qiymətləndirmə mərkəzləri üçün şəxsi təchizat qururlar. Onlar keyfiyyət təminatında öz vəzifələri üçün həm öz yerlərində, həm də Avropa İttifaqının layihə həmkarları yanında, xüsusən Varşava Texniki Universitetində təlim keçəcəklər.

Mərkəzlərin vəzifələri tələbələr üçün sual blankları hazırlamaq və sonra onları qiymətləndirməkdən ibarətdir.

Sorğunun nəticələrini səlahiyyətli şəxslər təhsil rəhbərləri ilə birlikdə qiymətləndirəcəklər.

 Bu pilot layihələrinin müvəffəqiyyətlə yerinə yetirilməsi ilə Azərbaycanın ali məktəbləri mühəndis təhsilində böyük beynəlxalq nüfuza malik olacaq. Bununla Azərbaycan tələbələri və məzunları üçün magistr və doktorluq təhsilini Avropa ali məktəblərində davam etdirmək xeyli asan olacaq.

Təhsil Nazirliyi Azərbaycanda mühəndis təhsilinin modernləşdirilməsi üçün xüsusi əhəmiyyət kəsb edən layihənin reallaşmasında fəal iştirak edir. 

Müşfiq BORÇALI,
Az.TU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov