Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

İTK-nın tətbiqi dərsi maraqlı etdi

 

Bakıdakı 158 nömrəli tam orta məktəbin  X "L" sinfində  Azərbaycan dili və ədəbiyyat fənn aylığı  çərçivəsində Azərbaycan ədəbiyyatının  görkəmli nümayəndəsi  Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş  Məstəli şah" komediyasının  təhlili üzrə "açıq dərs" keçirildi. Dərsdə məqsəd  şagirdlərdə müstəqil təhliletmə, əqli nəticə çıxarma və ümumiləşdirmə vərdişlərini formalaşdırmaq idi.Tədris prosesini İKT-nin tətbiqi ilə quran Azərbaycan dili və ədəbiyyat müəllimi Xuraman Əliyeva  dərsdə interaktiv təlim üsullarından cütlər və qruplar, işgüzar səs-küy, söz assosiasiyası, rollar üzrə oyunlar, əqli hücum və s. məharətlə istifadə etdi. X.Əliyeva dərsdə iştirak edən 24 şagirdi "Azərbaycan", "Qarabağ", "Xarı bülbül" və "Maarifçilər" adlı  qruplara  böldü. Sonra qrupların liderləri təmsil olunduqları adları  xarakterizə edən məzmunlu  mətnlərlə  öz qruplarını təqdim etdilər. Məsələn, "Azərbaycan" qrupunun lideri  Ülkər öz qrupunu belə təqdim etdi: 

Azərbaycan! Mayası nur, qayəsi nur ki,

Hər daşından alov dilli ox ola bilər

"Azərbaycan" deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər... 

Qeyri-adi istedadı ilə fərqlənən Rəşad  M.F.Axundzadənin həyat və yaradıcılığı, komediyaları  barədə ümumi məlumat verdi.  Sonra  şagirdlər mərhələlər üzrə verilən tapşırıqları yerinə yetirdilər.  Rəşad, Xədicə, Sahil, Leyla və Arzunun ifasında  "Müsyö Jordan və dərviş Məstəli şah" əsərinin  kulminasiya hissəsi olan Dərvişin Parisi partlatması səhnəsindən bəzi fraqmentlər  nümayiş olundu. Uşaqlar  əsərin ideyası barədə fikir və  mülahizələrini bildirdilər. Qeyd olundu ki, dramaturq bu əsərdə  avamlığı, cəhaləti və cadugərliyi ifşa edib, xalqı bu cür hiyləgərlərə, riyakarlara, hoqqabazlara inanmamağa, qəflət yuxusundan ayılmağa çağırıb.

Sonra  qruplara paylanmış kartoçkalardakı suallar cavablandırıldı.

Dərsin yekununda müəllim meyar cədvəlinə uyğun olaraq hər qrupu  verdiyi  cavab və fəallığına görə qiymətləndirdi. 

Sifai  SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov